Maraqlı

“Instagram”da yeni funksiya - ARXİV

17 İyun 2017 08:25
1 Şərh     Baxış: 1 065

"Instagram" foto xidmətində istifadəçilərə köhnə və uğursuz fotoları silmədən gizlətməyə imkan verən yeni funksiya tətbiq olunub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Archive" adlı funksiya daha əvvəl azsaylı istifadəçilər üçün əlçatan idi. İndi isə "Android" və iOS əməliyyat sistemləri ilə çalışan bütün cihazların sahibləri bu funksiyadan yararlana bilər.
 
Yeni funksiyadan istifadə etmək üçün fotonu seçmək və yuxarı sağ küncdəki düyməni basmaq, açılan menyuda "Arxivləşdirmək" variantını seçmək lazımdır. Bu halda foto hamının gördüyü lentdən silinərək ayrıca qalereyaya köçürülmüş olacaq. Bu qalereyanı isə yalnız səhifəsini sahibi görə bilər.
 
"The Verge" yazır ki, bununla sosial şəbəkənin tərtibatçıları istifadəçilər tərəfindən silinən fotoların sayını azaltmaq istəyirlər. Belə ki, bəzi istifadəçilər kifayət qədər like yığa bilməyən və ya həddən artıq şəxsi hesab etdikləri fotoları silməyə meylli olur. Yeni funksiya bu fotoları qorumağa imkan verəcək.
 
Xatırladaq ki, bu il aprelin sonunda "Instagram"ın aylıq auditoriyası 700 milyon nəfəri ötüb.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    111 · 17 İyun 10:5700

    1 aydir bu funksiya var

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.