Maraqlı

Süni intellekt çoxlu dillərdən tərcümə edir

17 İyun 2017 08:01
0 Şərh     Baxış: 424

Avstraliyanın "Lingmo International" şirkəti insanları universal tərcüməçi qurğusu haqqında elmi-fantastik arzularına yaxınlaşdırıb. "IBM Watson" süni intellekt texnologiyası əsasında işləyən "One2One" qurğusu avtomatik tərcümə üçün "Bluetooth" və ya "Wi-Fi" vasitəsilə bağlantı tələb etməyən ilk kommersiya qurğusudur.

Milli.Az ICTnews-ə istinadən bildirir ki, son bir neçə ildə tərcümə texnologiyaları sürətlə inkişaf edir. "Google" və ya "Skype" kimi şirkətlər daim mətn və nitq sistemlərini inkişaf etdirir və təkmilləşdirir, "Google Translate" proqramı isə smartfonlar vasitəsilə ağlasığmaz tərcümə funksiyaları təqdim edir.

Məlumata görə, kiçik qulaqcıq şəklində olan yeni texnologiyanın tərkibinə "Watson" superkompüterində istifadə olunan "IBM" texnologiyaları ilə birlikdə "Lingmo International" şirkətinin tərcümə alqoritmləri daxildir. "IBM" texnologiyaları dilin slenq və dialektlərdə rast gəlinən mürəkkəb aspektlərinin tərcüməsi zamanı kömək edir.

Bildirilir ki, sistem hazırda 8 dili - Şimali Çin, yapon, fransız, italyan, alman, Braziliya, portuqal, ingilis və ispan dillərini dəstəkləyir. Quraşdırılmış mikrofon 3-5 saniyə ərzində digər dilə tərcümə edilən danışıq ifadələrini qeydə alır. Həmçinin, "iOS" sistemli qurğular üçün çoxlu dillərdə nitqi mətnə və əksinə çevirən əlavə versiyasından istifadə mümkündür.

"One2One" qurğusu üçün ilkin sifarişin qiyməti 179 dollar təşkil edir. Bundan başqa, şirkət 229 dollara 2 qurğunun daxil olduğu xüsusi paket təklif edir. Bu, iki nəfərə öz qulaqcığı ilə real vaxt rejimində müxtəlif dillərdə danışıq aparmağa imkan verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.