Maraqlı

8 yaşı olsa da, hamıdan hündürdür - FOTO

15 İyun 2017 13:38
3 Şərh     Baxış: 2 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

8 yaşlı Karan Sinqh dünyanın ən ucaboylu uşağı sayılır. Bu oğlanın boyu məşhur boksçu, ucaboy Vldadimir Kliçkodan da hündürdür.

Milli.Az Hindustan Times-a istinadən bildirir ki, Karan Sinqhin boyu 198,2 sm-dir.

Hindistanın Meerut şəhərində yaşayan Karanın anası Şvatlananın boyu isə 2,18 metrdir.

33 yaşlı Şvatlana əvvəllər peşəkar basketbolçu olub və Hindistanın ən ucaboylu qadını sayılır.

"Oğlum doğulanda boyu 68 sm, çəkisi 6,35 kq idi. Oğlumun ucaboylu olacağını elə onda anladım", - Şvatlana deyib.

Karanın atası 41 yaşlı Sancay da nəhəng cüssəli kişidir. O, boy baxımından oğlundan azca hündürdür.

"Oğlumuzu xüsusi pəhriz rejimində saxlayırıq. Dərman preparatları qəbul edir, sağlam həyat tərzi sürür. Lakin düşünürəm ki, onun boyu artacaq. Məncə, oğlumda boy hormonu izafi miqdardadır. Bu səbəbdən Karanı mütəmadi olaraq endokrinoloq yanına aparırıq", - Sancay Sinqh deyib.

Karan normal həyat yaşadığını söyləyir: "Anam oxuyub-yazmağı mənə 5 yaşımda öyrətdi. Mən də anam kimi basketbolçu olmaq istəyirəm. Amma oxumağı da çox sevirəm. Bəlkə alim oldum... Boyumun uca olması xoşuma gəlir. Anamdan da ucaboylu olmaq istəyirəm. Valideynlərimlə fəxr edirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.