Maraqlı

Şüşə əşyalardakı cızıqları yox etməyin YOLLARI

19 İyun 2017 23:51
2 Şərh     Baxış: 4 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Diqqətsiz bir hərəkət ən sevdiyiniz əşyalarınızda cızıqlara səbəb ola bilər. Amma ümidsiz olmayın və əşyanızı qətiyyən atmayın. Bu cızıqları asan yolla yox edə bilərsiniz. Milli.Az lent.az-a istinadən əşyaların şüşə səthində yaranan cızıqları yox etmək üçün sadə yollar təqdim edir.

Ağardıcı təsiri olmayan bir diş pastasını pambıq parçaya sıxın. Təxminən 10 dəqiqə dairəvi hərəkətlərlə şüşə səthini silin. Daha sonra diş pastasının izlərini su ilə silin.
 
Duru yağ tökün və cızıqları ovun. Bu, cızıqların solğunlaşmasına kömək edəcək. Vazelin də istifadə edə bilərsiniz.
 
Soda və suyu qarışdırıb şüşə səthə sürtün və pambıq parça ilə silin. Daha sonra artığını nəm parça ilə silin.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.