Maraqlı

Azərbaycan xüsusi təyinatlıları Gürcüstanda, "Qafqaz qartalı" təlimlərində - VİDEO

9 İyun 2017 16:32
0 Şərh     Baxış: 3 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda Azərbaycan və Türkiyənin də iştirakı ilə üç ölkənin xüsusi təyinatlı qüvvələrinin birgə "Qafqaz qartalı" təlimləri başa çatıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, təlimlər zamanı üç ölkənin xüsusi təyinatlıları düşmənin nəzarətində olan binanın damına desant endirilməsini və binanın ələ keçirilməsini məşq ediblər. Tiflis yaxınlığındakı Vaziani poliqonunda keçirilən təlimlərin ssenarisinə görə xüsusi təyinatlı bölmələr habelə şərti hərbi obyektləri zərərsizləşdiriblər, taktiki, mühəndis, atəş və digər xüsusi vəzifələri yerinə yetiriblər. Hərbçilər habelə tibbi hazırlıq vərdişlərini və yaşayış məntəqəsində döyüş təcrübəsini də mənimsəyiblər. Üç ölkənin iştirakı ilə "Qafqaz qartalı" təlimləri üçüncü dəfə keçirilir. Bundan əvvəl təlimlər Türkiyədə keçirilmişdi. Təlimlərdə məqsəd üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında təcrübə mübadiləsi, döyüş təcrübəsinin təkmilləşdirilməsidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan xüsusi təyinatlıları Gürcüstanda,

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.