Maraqlı

BMW-dən yeni 8-Series - FOTO

17 İyun 2017 23:05
0 Şərh     Baxış: 2 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMW şirkəti yeni kupe 8-Series-in konseptini təqdim edib. Prototipin rəsmi təqdimatı mayın 26-da İtaliyada keçiriləcək Concorso d'Eleganza Villa d'Este müsabiqəsində olub.

8-Series möhtəşəm avtomobillərin seqmentini genişləndirmək üçün attıdığımız növbəti addımdır. Bu, növbəti mərhələdir, - deyə BMW AG-nin məşvərət şurasının sədri Harald Krüqer bildirib.

Milli.Az auto.az-a istinadən bildirir ki, 8-Series-in dizaynının bəzi elementləri konsept Pininfarina Gran Lusso-nu xatırladır. O, 2 il bundan əvvəl təqdim edilmişdi. Avtomobil uzun kapot, enli təkər arkaları alıb. Avtomobili, həmçinin böyük radiator barmaqlığı, aqressiv bamperlər, qızılı əyləc supportları, spoyler və iki borulu idman qaz buraxma sistemi ilə təchiz ediblər. Bundan əlavə, yenilik lazer faralar, L-şəkilli diodlu fənərlər və 21-düymlük təkər diskləri alıb.

BMW 8-Series şirkətin keçmişə məxsus ikiqapılı möhtəşəm idman avtomobillərinə bənzər ənənələr əsasında yığılıb. Bizim model sırasında o, arzuolunan avtomobil olacaq, deyə Krüqer əlavə edib.

Avtomobilin seriyalı versiyası gələn il satışa çıxarılacaq. O, dünya bazarında Mercedes-Benz S-Class Coupe və Bentley Continental GT ilə rəqabət aparacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.