Maraqlı

Teleaparıcıdan gözlənilməz açıqlama: "Ebrunu oteldə zorlamaq istəyiblər"

19 May 2017 11:13
0 Şərh     Baxış: 1 068

Son zamanlar sosial mediada çılpaq fotolarının yayılması ilə gündəm olan model Ebru Şallının illər əvvəl başına pis hadisə gəlibmiş.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bunu jurnalist Bilal Özcan açıqlayıb. O, aparıcısı olduğu maqazin verilişində dedikləri ilə hər kəsi təəccübləndirib:

"İstanbuldan kənarda bir oteldə Ebrunu zorlamağa cəhd etmişdilər. Ebru mübarizə apardı, namusunu qorudu. İllər öncə olub bu hadisə, Ebru istəsə, özü bu haqda danışar".

Aparıcı bu açıqlama ilə valideynlər, gənc qızlar, cavan oğlanlara xəbərdarlıq etmək istədiyini deyib:

"Əyləncə dünyasında hər cür pislik var. Məşhurların qazandığı pullara həvəslənməyin. Ana və atalar uşaqlarını bu aləmdən uzaq tutsunlar. Çünki burada narkotika, alkoqol, zorlama kimi bəlalar var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.