Britaniyanın məşhur futbolçularından biri, "Tottenhem Hotspur" klubunun sabiq ulduzu, indisə "Fulhem"də oynayan Ceymi O-Hara sevgilisi Elizabet-Ceyn Tirni ilə birlikdə İbisada istirahət edir.
Milli.Az The Sun-a istinadən bildirir ki, 30 yaşlı futbolçu və onun 25 yaşlı model sevgilisi çimərlikdə olarkən reportyorlarla qarşılaşsalar da, media mənsublarına fikir verməyiblər.
C.O-Haranın 2012-ci ildə boşandığı xanımı Danielle Lloyddan üç oğlu var. Onlar 6 yaşlı Arçi, 5 yaşlı Harri və 3 yaşlı Corcdur.
Milli.Az