Maraqlı

Rəngli şəkillər rəngsiz çap olunacaq

18 May 2017 08:35
0 Şərh     Baxış: 1 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka Texniki Universitetinin tədqiqatçıları rəngli fotoşəkillərin çapı üçün rəngdən istifadə etməyən lazer printer yaradıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, alimlər qrupu qanadları və lələkləri əlvan rəngləri işığı udan piqmentlər vasitəsilə deyil, işığı molekulyar səviyyədə yayaraq struktur rənglər yaradan tovuzquşu və kəpənəklər kimi varlıqlardan ilhamlanıblar.

Bildirilir ki, tədqiqatçılar bir-birindən 200 nanometr məsafədə yerləşən minlərlə mikroskopik millə örtülmüş plastmas təbəqədən istifadə edərək bu kiçik elementləri işıq istehsal etmək üçün nazik germanium qatı - metal parıltılı ağ-boz maddə ilə örtüblər.

Ultranazik lazer germaniumu əridərək millərin forma və qalınlığını dəyişib. Sonradan onların üzərinə bütün elementlərin forma və strukturunun mühafizəsinə kömək edən qoruyucu örtük çəkilib.

Məlumata görə, işıq dalğaları emal edilmiş təbəqəyə çataraq millərdə əks olunub, dalğanın uzunluğu dəyişib və müxtəlif rənglər yaradıb. Tədqiqatçılar xüsusi şablonlardan istifadə etməklə yüksəkkontrastlı şəkilləri generasiya etməyə nail olaraq əldə olunan rəngləri proqnozlaşdıra biliblər.

Adi şırnaqlı printer bir düym üçün beş min piksel təsvir ölçülü şəkillər yaradır, lazer printerlərdə onların sayı 20 minə çatır. Danimarka tədqiqatçılarının texnologiyası isə bir düym üçün 127 min piksel təsvir ölçülü böyük şəkillər yaratmağa imkan verir. Sistemin sancaq başından kiçik dəqiq su nişanı yaratmağa imkan verməsinə görə onu saxtalaşdırmadan ideal mühafizə vasitəsi hesab etmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.