Maraqlı

MP3 son günlərini yaşayır

18 May 2017 08:05
0 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda çoxlu sayda audio format mövcuddur. Bu formatlar üç kateqoriyaya bölünür: sıxılmamış, sıxılmış, amma keyfiyyət itkisi olmayan format, həmçinin keyfiyyət itkisi ilə olan sıxılmış formatlar. Ən populyar formatlardan biri MP3-dir. Həcminin kiçik olması və çoxlu sayda pleyerlər tərəfindən dəstəklənməsi sözügedən formata böyük populyarlıq qazandırıb. Buna baxmayaraq, 24 il sonra MP3 formatının sonu yaxınlaşıb. Bu haqda Fraunhofera İnstitutundan MP3 audio formatının yaradıcıları rəsmən məlumat veriblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "hazırda geniş funksiyalara malik daha səmərəli audiokodeklərin olmasına baxmayaraq, MP3 formatı əvvəlki kimi istehlakçılar arasında çox populyardır. Ancaq axınlı yayım, televiziya və radioveriliş kimi müasir mediaservislərin əksəriyyəti ISO-MPEG kodeklərindən istifadə edir. Bu kodeklər MP3 formatı ilə müqayisədə daha keyfiyyətli səs və başqa imkanlar təmin edirlər" - Fraunhofer İnstitutunun nümayəndələri deyiblər.

Cari il aprelin 23-də MP3 formatı üçün bütün patentlərin qüvvədə olma müddəti bitib. Formatın yaradıcıları, həmçinin bütün lisenziya yığımlarını dayandırıblar. Bundan başqa, Fraunhofer İnstitutunun rəsmi saytında gedən xəbərə görə, onlar MP3 formatının dəstəyini dayandırırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.