Maraqlı

Kral Facebook-a qalib gəldi - QALMAQAL - VİDEO - FOTO

16 May 2017 10:36
0 Şərh     Baxış: 1 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook-da Tayland kralı, 64 yaşlı Maha Vaçiralonqkornun Almaniyanın Münhen şəhərindəki beynəlxalq hava limanını terminalında qısa futbolkada və şortlarda dolaşdığı video yayılıb.

Kralın vücudunda həddən ziyadə döymələr var.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, ekstravaqant kralı mini-yubkalı xanım müşayiət edir. Həmin yarıçılpaq qadının da bədəni döymələrlə örtülüdür.

Taylandın hakimiyyət dairələrinin tələbi ilə Facebook bu videonun ölkə ərazisində nümayişini bloklayıb.

Maha Vaçiralonqkornun davranışı və zahiri görkəmi əvvəllər də qalmaqallara səbəb olmuşdu. Atası, kral Phumipon Adulyadetin (9-cu Rama) vəfatından sonra 2016-cı dekabrın 1-də taxta çıxmışdı. O, Çakri sülaləsində kral 10-cu Rama sayılır və rəsmi adı "Əlahəzrət kral Maha Vaçiralonqkorn Bodindradebayavaranqkun"dur.

Münhen hava limanında çəkilmiş videonu sosial şəbəkələrdə jurnalist Endryu Marşall paylaşıb.

Facebook rəhbərliyi olayla bağlı yaydığı bəyanatında bildirib: "Videoçarxın Tayland ərazisində bloklanması bu ölkənin hakimiyyət dairələrinin videonu kral üçün təhqiramiz, habelə monarxiyanın tənqidini yasaqlayan qanunvericiliyə zidd hesab etməsi ilə bağlıdır. Hakimiyyət dairələri internetdə nəyinsə onların qanunlarını pozduğunu hesab edirsə, Facebook kimi şirkətlərlə əlaqə saxlayıb kontentin məhdudlaşdırılmasını xahiş edə bilərlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.