Maraqlı

Dünyanın bütün qitələrində ov edən azərbaycanlı - VİDEO

21 Aprel 2017 20:57
5 Şərh     Baxış: 1 384

16 ildir təhlükəli və elə bu qədər də maraqlı işlə məşğuldur.

Milli.Az xəzərxəbər-ə istinadla məlumat verir ki,azərbaycanlı ovçu Asif İlyasov demək olar ki, ömrünün yarısını ovçuluğa həsr edib.

Dünyanın bütün qitələrində ov etməyi özünə həyat tərzi seçən Asif İlyasov deyir ki, bir çoxunda ölüm təhlükəsi yaşasa da, təbiətə olan marağı ona stimul verir.

Ən yırtıcı heyvanlarla üzbəüz gələn müsahibimiz ovçuluğa biznes kimi yox, dünyanın ən maraqlı hobbisi kimi baxır. İlk ovuna Azərbaycanda başlayan Asif İlyasovun ən böyük istəklərindən biri isə yenidən Amazon cəngəlliklərinə qayltmaqdı.

Afrikada şir, Antarktidada ağ ayı, Amazonda anakonda, Asiya çöllərində boz ayı ovlayan həmyerlimiz getdiyi bütün ölkələrdə vətənimizin təbliği ilə də məşğul olur. Deyir ki, dünya ovçularının əksəriyyətinin ölkəmiz haqqında məlumatları var, hətta onlar harasa ova gedərkən həmyerlilərimiz ilə məsləhətləşirlər. Dünyanın aparıcı media qurumları onların ovları haqqında sənədli filmlər də çəkib.
Asif İlyasov yaxın günlərdə yenidən Amazon meşələrinə getmək istəyir. Onun bu dəfəki məqsədi ən böyük anakondanı tutmaqdır.

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyanın bütün qitələrində ov edir - Azərbaycanlı ovçu yenidən Amazon meşələrinə getmək istəyir - VİDEO

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

5 Şərh:

  • Anonim
    SPARTALI · 21 Aprel 21:0200

    Ov etmemisem amma maraqli oldugunu herkes deyir. en xosladigim baliq tutmaqdi ve ara bir bos vaxt olduqda gedirem.

    Cavab yaz
  • Anonim
    sari · 21 Aprel 21:3600

    senin bos vaxtin olmur guya?

    Cavab yaz
  • Anonim
    İsalı · 22 Aprel 02:4200

    Ağ ayı antarktidada yox arktikada olur.Antarktidada olsa olsa piqvin olur

    Cavab yaz
  • Anonim
    Sabulla · 22 Aprel 11:3600

    Heyvan canisi nifret edirem bele insanlara

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.