Maraqlı

Qadın ilk dəfə görüşdüyü kişinin həyatını xilas etdi

21 Aprel 2017 21:30
5 Şərh     Baxış: 10 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Missuri ştatının Coplin şəhərindən olan Ceyni Hall ilk görüşdə internetdə tanış olduğu kişinin həyatını xilas edib.

Milli.Az xəbər verir ki, bu haqda "People" nəşri bildirib.

45 yaşlı Ceyni Hall kişi ilə görüşmək üçün Kanzas-Sitiyə gəlib. Restoranda nahar edən yeni tanışlar dostları və ailələri haqqında danışmağa başlayıb. Kişi qəflətən üç dəfə öskürüb və barmağını qaldıraraq şüursuz vəziyyətdə döşəməyə yıxılıb.

Qadın ofisiantın köməyi ilə kişini çevirib. Onun gözləri bərəlmiş, nəbzi vurmur, ağzından qan gəlirdi. Keçmişdə həkim işləyən Hall nə etməli olduğunu bilirdi. Qadın kişiyə süni nəfəs verməyə və ürəyini masaj etməyə başlayıb. Təcili tibbi yardım gələndə isə kişinin ürək döyüntüsü artıq bərpa edilmişdi. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.