Maraqlı

Fahriyenin eks-ərindən Burakı əsəbləşdirəcək hərəkət - VİDEO - FOTO

21 Aprel 2017 11:54
9 Şərh     Baxış: 13 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur və sevilən cütlüyü Burak ÖzçivitFahriye Evcen ötən gün İstanbulun Nişantaşı səmtində görüntüləniblər.

Milli.Az "Acunn.com"a istinadla bildirir ki, restoranda birlikdə yemək yeyən ikili çıxışda jurnalistlərin suallarını cavablandırıblar.

Burak müxbirlərin əhvalını soruşduqdan sonra ona verilən "toy tarixi və məkanı dəqiqləşdi?" suallarına başı ilə hə cavabı versə də, məkanı və tarixi açıqlamayıb. Onlar gülərək məkandan uzaqlaşıblar.

Onların səmimi halları diqqət çəkib. Lakin ikili arasında münasibətlər pozula bilər. Buna səbəb isə Fahriye Evcenin eks sevgilisi Özcan Denizin onun şəklini bəyənməsi olub.

Hələ ki Burak məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, Burak Özçivit hazırda "Kara Sevda" serialına çəkilir. Fahriye Evcenin çəkildiyi "Ölene kadar" serialı isə bitib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Fahriyenin eks-ərindən Burakı əsəbləşdirəcək hərəkət

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.