Maraqlı

Rəfiqəsinin sevgilisi ilə gəzirmiş - Xəbəri eşidincə ŞOK OLDU - FOTO

17 Aprel 2017 14:46
Baxış: 1 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Didem Soydan yeni sevgilisi Erdi Doğan ilə görüntülənincə xəyanət də ortaya çıxıb. Çünki Erdi Doğan İrem Sak ilə birlikdə idi. 

Milli.Az Posta-ya istinadən xəbər verir ki, model Didem Soydan 1 həftə əvvəl İstanbulun Cihangir səmtində yeni sevgilisi, fotoqraf Erdi Doğan ilə görüntülənib. Jurnalistlərə "Bizi ilk dəfə görürsünüz, amma uzun zamandır birlikdəyik" deyiblər. Bu eşq kadrları qəzet və portallarda sürətlə yayılmağa başlayıb. Aktrisa İrem Sak bu olaydan şok olub. Yaxınlarına "Erdiylə idik, bu necə ola bilər axı?" deyib.

Dostlarının təsəlli verdiyi İrem Sak rəfiqə olduğu, keçən yaz birlikdə istirahətə yollandığı Didem Soydana heç zəng də etməyib. 

Erdi Doğan İrem Sak ilə ortaq dostlarına "İremlə 1 həftə əvvəl ayrılmışdıq, sonra danışmadıq. Münasibətimiz bitmişdi" deyib. Didem Soydan isə sevgilisi Erdi Doğan ilə rəfiqəsi İrem Sak sevgisinin çoxdan sona çatdığını zənn etdiyini deyib. Xəyanəti qəzetlərdən öyrənən İrem Sak yaxınlarına "İkisini də uzun müddət görmək istəmirəm. O qədər təəssüf edirəm ki, özümə gələ bilmirəm" deyib. 

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.