Maraqlı

Şok kadrlar: Facebook-da canlı yayımda qətl - VİDEO - FOTO

17 Aprel 2017 10:19
1 Şərh     Baxış: 1 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Ohayo ştatındakı Klivlend şəhərində, Klivlend Universitetinin yaxınlığında 78 yaşlı Robert Qudvini güllələyərək qətlə yetirmiş Stiv Stivensi polis arayır.

S.Stivens yaşlı kişini qətlə yetirdiyi anları Facebook profilində Facebook Live proqramı vasitəsilə translyasiya edib.

Üç saat sonra silinmiş videoda S.Stivensin R.Qudvinə atəş açaraq getdiyi görünür.

Milli.Az CBS-yə istinadən bildirir ki, 37 yaşlı S.Stivens cinayətini törədərkən deyib ki, indiyədək 15 nəfəri qətlə yetirib.

Polisin ilkin məlumatına görə, Facebook üçün çəkilişləri Stiv Stivensin sabiq məşuqəsi Coy Leyn aparıb.

S.Stivens hazırda azadlıqdadır. Polis silahlı Stivensin çox təhlükəli olduğunu bildirib.

Robert Qudvinin oğlu və qızı qatilə ən ağır cəzanın verilməsini istəyiblər.

"Atam çox gözəl insan idi. Onu qətlə yetirən manyak, cəlladdır", - mərhumun oğlu deyib.

Klivlend şəhərinin meri Frenk Conson və şəhər polisinin şefi Kelvin Uilyams olayla bağlı birgə mətbuat konfransı keçiriblər.

Onların dediklərinə görə, qatil yeni cinaytlər törədə bilər. Bu səbəbdən Pensilvaniya, Nyu-York, İndiana və Miçiqan ştatlarının sakinlərindən ehtiyatlı davranmaq istənib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Американец убил пожилого мужчину в прямом эфире - 1

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.