Maraqlı

Rusiyalı milyarderlərin REYTİNQİ

20 Mart 2017 18:30
0 Şərh     Baxış: 2 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Forbes" jurnalının illik dərc olunan rusiyalı milyarderlərin reytinqində ardıcıl ikinci dəfə "Novateka" və "Sibura"nın sahibi Leonid Mixelson birinci olub. Onun sərvəti 18,4 mlrd. dollar (illik artım - 4 mlrd. dollar) məbləğində dəyərləndirilib.

Ümumdünya reytinqində isə Mixelson 46-cı yeri tutub.

Milli.Az report.az-a istinadən bildirir ki, rusiyalı milyarderlərin reytinqində ikinci yeri (ümumdünya reyrinqində 51-ci yer) 17,5 mlrd. dollarla (+6,6 mlrd. dollar) "Rusiya poladı" konsorsiumunun prezidenti, Müşahidə Şurasının üzvü, Ümumdünya Polad istehsalçıları Assosiasiyasının sədr müavini Aleksey Mordaşov, III yeri (ümumdünya reytinqində 57-ci yer) Novolipetsk Metallurgiya Kombinatının əsas sahibi, Direktorlar Şurasının sədri Vladimir Lisin tutublar. Jurnal onun sərvətini 16,1 mlrd. dollar (+6,8 mlrd.) hıcmində dəyərləndirib.

Həmçinin, ən varlı Rusiya milyarderlərinin siyahısına Gennadi Timçenko, Alişer Usmanov, Vahid Ələkbərov, Mixail Fridman, Vladimir Potanin, Andrey Melniçenko, Viktor Vekselberq, Roman Trotsenko, Sergey Qordeyev və Aleksandr Klyaçin daxil olub.

Ümumdünya reytinqində birinci yeri "Microsoft" yaradıcısı Bill Geyts tutub. Onun sərvəti 75 mlrd. dollardan 86 mlrd. dollara yüksəlib.

Jurnalın bildirdiyinə görə, 2016-cı ildə ilk dəfə milyarderlərin sayı 2 min nəfəri keçib. Sərvəti 1 mlrd. dollardan çox olanların sayı 13% artaraq 1 810 nəfərdən 2 043 nəfərə çatıb.\

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.