Maraqlı

12 yaşlı azərbaycanlı Rusiyada münsifləri heyran etdi - VİDEO

19 Mart 2017 20:24
7 Şərh     Baxış: 9 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Buludlar" mahnısını ifa edən "Sən supersən!"in Azərbaycandan olan iştirakçısı Xoşqədəm Mehdiyeva həm münsifləri, həm də tamaşaçıları valeh etdi.

Milli.Az istipress.com-a istinadən bildirir ki, Azərbaycanı müsabiqədə Bakıdan Pərvanə Alcanova və Gəncədən Xoşqədəm Mehdiyeva təmsil edirlər. Onlar NTV telekanalının kastinqləri nəticəsində bu hüququ qazanıblar. Pərvanə Alcanovanın ilk çıxışı fevralın 18-də olub. "Ana" mahnısını ifa edən Alcanova ikinci tura çıxa bilib. Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya agentliyinin "Sən supersən!" layihəsi fevralın 11-də start götürüb. Layihədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.

Qeyd edək ki, "Sən supersən" valideyn himayəsindən məhrum olan 7-18 yaşlı uşaqların iştirak etdiyi müsabiqədir. Münsiflər heyəti müğənni Elka, Marqarita Suhankina , Viktor Drobş və Stas Pyekadan ibarətdir. Müsabiqədə Rusiya, Azərbaycan, , Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan 92 ifaçı iştirak edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
12 yaşlı azərbaycanlı Rusiyada münsifləri heyran etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.