Maraqlı

Paylaşımlara neçə nəfərin baxdığı bilinəcək

18 Mart 2017 08:45
0 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"VKontakte" sosial şəbəkəsi istifadəçilərin paylaşımlarına neçə nəfərin baxdığını müəyyənləşdirən hesablayıcı istifadəyə verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şəbəkənin bloqunda məlumat verilib.
 
"Hər gün "VKontakte"də milyonlarla qeyd yazılır. Müəlliflərin gələn reaksiyaları müşahidə etməsi üçün hər şeyimiz var: hər qeydin altında onu neçə nəfərin bəyəndiyi, neçə nəfərin paylaşdığı, neçə nəfərin şərh yazdığı görünür. Lakin "bəyən" düyməsi yazının nə dərəcədə maraqlı olduğunu tam ifadə etmir, çünki real baxışın sayını müəyyənləşdirmək olmur. Ona görə də biz yenilik tətbiq edirik və artıq baxış sayını da bilmək mümkün olacaq. Hər qeydin (statusun, paylaşımın) altında hesablayıcı var və o, statusu neçə nəfərin gördüyünü göstərir", - deyə sosial şəbəkənin proqramçısı Vadim Doroxov bildirib.      
 
Yeni funksiya artıq tətbiq olunub və bütün istifadəçilər baxış sayını görür. Lakin yenilik yalınız 2017-ci ildəki paylaşımlar üçün keçərlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.