Maraqlı

Mercedes-AMG sedanını təqdim etdi - FOTO

21 Mart 2017 10:50
0 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mercedes-Benz kupe GT bazasında olan sedanının prototipini təqdim edib. Avtomobilin konsepti Mercedes-AMG brendi altında buraxılıb və martın 7-də Cenevrə avtosalonunda təqdim edilib. Mercedes-AMG GT4 adlı yeniliyin əsas rəqibi Porsche Panamera Turbo olacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, yenilik 2019-cu ildə seriyalı versiya alacaq. Şirkətin model sırasında bu avtomobil CLS Shooting Brake-in yerini tutacaq. Avtomobilin əsas rəqibləri isə Audi A7, BMW 6-Series GranCoupe və Porsche Panamera olacaq.

Yeniliyin dizaynı Mercedes-AMG GT3-ü xatırladır. Avtomobil MRA platformasında yığılıb. Bu şassi hazırda C63, E63 və S63 AMG-də istifadə edilir. Çəkini yüngülləşdirmək üçün sedanın bütün detalları alüminiumdan və yüksək dözümlü poladdan hazırlanıb.

Yenilik 4,0-litrlik benzin V8 və elektrik mühərriklərindən ibarət hibrid güc qurğusu alıb. Avtomobilin ümumi gücü 800 a.g.-dür. O, 100 km/saata 3 saniyəyə sürətlənir. Konsept, həmçinin avtomat sürət qutusu - Speedshift MCT və yenidən tənzimlənmiş asılqan alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.