Maraqlı

Niyə soyuq və istini ağrı sanırıq?

4 Mart 2017 19:12
0 Şərh     Baxış: 3 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox isti və ya çox soyuq bir şeyə toxunduqda, hisslərimiz ağrı yaradır. Bəs niyə? Buna səbəb nədir?

Ütü ilə buz arasında nə oxşarlıq ola bilər ki? İlk baxışdan insan belə düşünür. Lakin hər ikisi eyni dərəcədə ağrı hissi yarada bilir. Kəskin isti və kəskin soyuq, insan dərisinə çox pis təsir edir. Beyin bu termal kəskinlikləri eyni dərəcədə qəbul edir.

Dərinin - və onunla əlaqədar sinirlərin - funksiyası haqqında adətən toxunma hissiyyatına cavabdeh kimi düşünürük, lakin, bioloqların "somato-duyğu" adlandırdıqları hiss, əslində daha geniş məna daşıyır.

Buraya özünə toxunma və ya dərinin mexaniki xəbərdarlıq tanıması, proprioseptik və ya bədənin səmt və mövqeyini hiss etmə bacarığı və nosiseptik və ya bədənin zərərli xəbərdarlıqları müəyyənləşdirmə bacarığı daxildir. Ağrı, bədənin nosiseptik duyğuya reaksiyasıdır.

Buz

Ağrının mexaniki, kimyəvi və ya termal olmasında asılı olmayaraq, nosiseptik duyğu, bizi ondan uzaqlaşmaya vadar edir. Əlinizi alova yaxınlaşdırdıqda, yanma hissi əlinizi, alovdan mümkün qədər tez çəkməyə məcbur edir.

Milli.Az BBC-yə istinadən bildirir ki, bu insanı incitsə də, ağrı, bədənin təhlükəsiz qalmaq çabasına bir işarədir. Ağrı hissini itirmək isə əsl problemdir.

"Əsas prinsip hiss neyronlarının bədəndə hərəkət edən kanal dəstələrinin, birbaşa isti və ya soyuq temperaturlar tərəfindən hərəkətə keçməsindədir," Duke Universitetinin neyrobioloqu Jorg Grandl deyir.

Genetik olaraq dəyişdirilən siçanlar üzərində 15 il aparılan araşdırmalardan sonra tədqiqatçılar, bu kanalların - neyronların divralarındakı proteinlə əlaqədar olaraq - temperatur hissi ilə birbaşa bağlı olması nəticəsinə gəliblər.

Onlardan ən yaxşı anlaşılanı TRPV1 kəskin istiyə cavab verir. TRPV1 temperatur 42 dərəcə selsiyə çatmasa hərəkətə keçmir. Bu temperatur isə, həm insanlar, həm də siçanlar üçün kəskin isti sayılır.

Dəri bunu hiss edər-etməz, kanal aktivləşir və bu da öz növbəsində bütün siniri aktivləşdirir və siqnal beyinə bəsit bir mesajı çatdırır: of!

"Soyuqda da eyni mexanizm işə düşür," Grandl izah edir. Buna cavabdeh olan protein TRPM8 adlanır və kəskin soyuq əvəzinə bu kanal, sərin, amma kəskin soyuq olmayan temperaturlara reaksiya verir.

Yerdə qalan və an az anlaşılan protein isə TRPA1 adlanır. Tədqiqatçılar bunun kəskin soyuq zamanı aktivləşdiyini aşkar etsələr də, onun soyuğu müəyyənləşdirməkdə rol oynayıb-oynamadığı sual olaraq qalır.

TRPV1

Birlikdə bu üç protein - TRPV1, TRPM8 və TRPA1 - bədənin müxtəlif temperaturları müəyyənləşdirməsini təmin edir. Bunlar nosiseptik olmadığından, proteinlərin işi, müəyyən temperaturları tapmaq yox, uzaq tutmaqdan ibarətdir.

Məsələn, TRPM8 reseptoru zədələnən siçanlar, sərin temperaturlardan uzaq durmurlar. Bu isə siçanların - elə çox güman ki, bizim də - xoş temperaturları axtarmadığımız mənasına gəlir.

Əvəzində onlar, soyuq və kəskin istini uzaq tutmağa çalışırlar. Bu isə onların niyə mülayim, günəşli mühitdən xoşladıqlarını izah edir.

Tədqiqatçıların TRP reseptorlarının aktivləşdiyi termal sərhədləri müəyyənləşdirməsi, onların yüngülləşdirilməsi demək deyil. Əgər günəş yanığı almısınızsa, ilıq su sizə isti gələ bilər.

Lakin, bu reseptorları aktivləşdirən təkcə temperatur deyil. Bitkilər də bunu bacarır. Kəskin istidə hərəkətə keçən TRPV1, həm də acı bibərlərə acılıq verən kapsaisin tərəfindən də aktivləşir.

TRPM8 nanə yarpaqlarında olan kimyəvi maddə mentolun sərinlik gücünə cavab verdiyi kimi, TRPA1 xardal bitkilərinin təsirindən aktivləşdiyinə görə həm də "wasabi reseptoru" adlanır.

Bəs temperaturun hərəkətə keçirdiyi reseptorlar, niyə bitkilərdən də təsirlənirlər? Washinqton Universitetinin molekulyar bioloqu Ajay Dhaka-ın da izah etdiyi kimi, TRPV1 balıqlar, quşlar və ya dovşanlarda kapsaisinə heç bir cavab vermədiyi halda, insanlar və gəmiricilərdə hərəkətə keçir.

"Ola bilsin ki, kapsaisin tərkibli bitkilər, bəzi heyvanların onları yeməməsi üçün bu cür qurulublar," o deyir. Fərz edilir ki, mentol və xardalın təkamülü də eyni gücə dayanır.

Bibər

Başqa sözlə, bitkilərlə temperatur arasındakı bu vacib əlaqə, heyvanların yox, bitkilərin təkamülünə işarə ola bilər. Çox güman ki, bitkilər bizim bədənimizin temperatur müəyyənləşdirmə bacarığını ələ keçirməyin yolunu tapıblar.

Beləliklə, jalapeno bibərini yedikdən sonra bədənimizin əsməsinə səbəb, bibərlər yox, kapsaisin və hərarətin dərinin sinirlərini - eləcə də bədəni - eyni cür aktivləşdirməsidir.

Zərərli xəbərdarlıqlara köklənən reseptorları müəyyənləşdirməklə bu bitkilər, görməmiş kimi yeyilməmənin yolunu aşkarlayıblar... ya da ki, biz, acılı yeməklər və wasabi-in gözyaşardıcı dadından həzz almağı bacarmağın yolunu tapmışıq.

Növbəti dəfə acılı təam yedikdən sonra, sürətlə döyünən ürəyinizə səbəb olan acı ilə birlikdə, bitkilərlə heyvanlar arasındakı savaşın milyon illik təkamülünü yada salın. O savaş ki, hələ ki, biz qalibik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.