Maraqlı

Ona verəcəyiniz ən böyük mükafat... - Sevgilisi olanlar oxusun

17 Fevral 2017 21:42
17 Şərh     Baxış: 1 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evlilikləri mənasını itirən, yaxud da pisə doğru gedən cütlüklərlə yaxşı münasibəti olan cütlüklər arasında maraqlı bir araşdırma aparılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, araşdırma zamanı məlum olub ki, cütlüklər romantik yeməklə, ya da bahalı hədiyyələrlə sevgisini canlandıra bilmirlər. Gündəlik həyatda sevdiyi ilə qısa zaman da olsa, bərabər vaxt keçirənlər isə əsl xoşbəxtliyi tapır.

Bəyəndiklərini dilə gətirmək
 
Necə tanış olduqlarını soruşanda bəzi cütlüklərin üzü gülür. Cütlüklərin bəzən qarşılıqlı qəzəbi, inciklikləri, hətta içdən-içə düşmən münasibətləri olsa da, içlərində hələ sevgi və heyranlıq olduğunun izləri görünür. Amma hər şeydən əvvəl hörmət gəlir. Sevdiyinizə duyduğunuz hörmət, ona qəzəb və incikliyinizi dilə gətirərkən xoşagəlməz davranışlar etmənizi əngəlləyər. Sevgi və heyranlığı artırmaq, canlandırmaq qarışıq iş deyil. Məsələn, bu işə onu nədən sevdiyinizi izah etməklə başlayın. Bir cütlüyün bir-birinə verə biləcəyi ən böyük mükafat tanındığını və başa düşüldüyünü hiss etməkdir. Bir-birinizə olan sevginizi və bəyəndiyiniz özəlliklərinizi dilə gətirin. Hər gün ona duyduğunuz sevgini bildirməyin bir yolunu tapın.
 
Şəfqət
 
Uzaqlaşmaq yerinə bir-birinə yaxınlaşan cütlüklər daha xoşbəxt olur. Gündəlik həyatın sıxıntı və qaçaqaçı içində sevdiyinizə ona necə dəyər verdiyinizi bildirməniz qiymətlidir. Məsələn, "İşin çoxluğundan dostlarıma vaxt ayıra bilmirəm", - deyən sevgilinizə "Problem səndədir. Gününü planlaşdıra bilmirsən" deməkdənsə "həftəsonu birlikdə plan qurarıq" deyə bilərsiniz. Bir-birinizin yanında olanda həm fiziki, həm də duyğusal təmas qurun.
 
Ayrılıqlar
 
Səhər günə başlamadan əvvəl, o gün nələr edəcəyinizi sevgilinizlə paylaşın, onun edəcəklərini də öyrənin. İşə getməsi, köhnə dostları ilə bir araya gəlməsi kimi...
 
Günün sonunda
 
Cütlüklər bir-birinin duyğusal ehtiyaclarını çox zaman pis niyyətlə deyil, düşüncəsizlikdən, diqqətsizlikdən göz ardı edirlər. Belə halda hər yaşanılan anın əhəmiyyətli olduğunun fərqinə varmaq bir-birinə yaxınlaşmanın ilk addımıdır. Həm də sevginin qalıcılığının da işarəsidir. İşdən sonra müdirlə, ya iş yoldaşınızla o gün yaşadığınız problemlərdən, heç bitməyən işlərdən dolayı kefsiz, yorğun ola bilərsiniz. Evə bütün işi gətirmək nə qədər düzgün olmasa da, ağlınızdakı problemi də qapının arxasına buraxmaq elə asan olmur. Bunun üçün günü nöqtələyərkən mütləq stressi azaldan bir söhbət edin.
 
Həftəlik görüş
 
Bir-birinizə dəstək olmanın belə, iki həftəlik tətilə getməkdən daha çox əhəmiyyətli olduğunu ağlınızdan çıxarmayın. Sadəcə ikinizə aid olan iki saatı söhbət edərək keçirmək də bağlılığının bir yolu ola bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.