Maraqlı

Təkmilləşdirilmiş Mitsubishi Lancer - FOTO

5 Mart 2017 21:05
0 Şərh     Baxış: 1 140

Mitsubishi Motors-un Tayvandakı texniki mərkəzi China Automotive Technology and Reseach Center (CARTEC) 10-cu nəsil təkmilləşdirilmiş sedan Mitsubishi Lancer üçün məxsusi variantını hazırlayıb. Bu, yerli bazar üçündür. Model Grand Lancer adlandırılıb. Onun əsas yeniliklərindən biri də 3 mövzu variantı olan tam rəqəmsal cihazlar panelidir.

Milli.Az auto.az-a istinadən bildirir ki, bundan əlavə, modelin banının qabaq hissəsi təkmilləşdirildikdən sonra demək olar ki, tam dəyişib. Bamperlər, qabaq faralar və radiator barmaqlığı fərqlidir. Modelin interyeri də modernləşdirilib. Rəqəmsal cihazlar paneli ilə yanaşı, Grand Lancer yeni mərkəzi konsol da alıb.

Mitsubishi Grand Lancer 1,8-litrlik atmosferli benzin mühərriklə hərəkətə gətirilir və o, 140 a.g.-ə, 176 Nm fırlanma anına malikdir. Mühərrik Jatco variatoru ilə uyğunlaşır. Bildirilir ki, bu mühərrik 100 km məsafəyə 6,3 litr yanacaq sərf edir.

Bundan başqa, Grand Lancer əvvəlki versiyadan yenidən tənzimlənmiş asma və təkmilləşdirilmiş səs və titrəyiş izolyasiyası ilə seçilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.