Maraqlı

Audi ən sürətli hetçbəki təkmilləşdirdi - FOTO

5 Mart 2017 22:05
0 Şərh     Baxış: 2 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Audi şirkəti hetçbək banında təkmilləşdirilmiş RS3-ün sirrini açıb. Yenilik Cenevrə avtosalonunda debüt edəcək. Dünyada ən sürətli hetçbək Avropa bazarına cari ilin aprel ayında çıxarılacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeniliyi 2,5-litrlik, 5-silindrli təkmilləşdirilmiş benzin mühərriklə təchiz ediblər. O, 400 a.g. və 480 Nm-ə malikdir (sələfindən 33 a.g. daha çox). Belə mühərrikə malik olan RS3 100 km/saata 4,1 saniyəyə sürətlənir.

Beləliklə, hetçbək sələfini 0,2 saniyə qabaqlayır. O, bu göstərici ilə həm də əsas rəqibi olan Mercedes A-Class AMG-dən üstündür. Tam ötürücülü yeniliyin maksimal sürəti 250 km/saatdır. Mühərrik iki muftalı 7-pilləli robotlaşdırılmış sürət qutusu ilə birgə işləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.