Maraqlı

21 yaşlı "canlı təqvim" aktyor olmaq istəyir - VİDEO - FOTO

16 Fevral 2017 11:39
0 Şərh     Baxış: 2 042

Onun riyazi hesablamalarda çevikliyi hər kəsi heyrətləndirir.

ARB TV xəbər verir ki, söhbət 21 yaşlı Şamaxı sakini Elvin Qəniyevdən gedir. Ona "canlı təqvim" deyirlər. Təqvimin həm keçmiş, həm də gələcək illərinin günlərinin həftənin neçənci gününə düşdüyünü bir neçə saniyəyə deyir. 

O, bu bacarığını ilk dəfə 13 yaşında olarkən kəşf edib. Sinif yoldaşlarına nümayiş etdirəndə ona inanmayanlar da olub. 

Elvin Qəniyev: "Məktəbdə oxuyanda sinif yoldaşlarıma nümayiş etdirmişdim. Təəccüblənmişdilər".

Elmira Qurbanova - gəncin anası: "Öncə təəccübləndim. Sonra suallar verdim, gördüm, düzdür. Sonradan mənim təqvimə baxmağa ehtiyacım qalmadı".

2100-cü ilə qədər təqvimi hazırlayan Elvin istənilən vaxtın hansı günə düşdüyünü dəqiqliklə deyir. Hazırda Elvin peşə məktəbində kompüter operatorluğu öyrənir. Arzusu isə aktyor olmaqdır.

Videonu izləmək üçün şəklə klikləyin:

21 yaşlı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.