"Besame mucho" – bir mahnının tarixçəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu mahnı XX əsrin ən populyar mahnısı hesab olunur. İndinin özündə belə papulyarlığını itirməmişdir.
Bu mahnı daima 120-dən çox dildə oxunmuş və bütün musiqi alətlərində ən məşhur ustalar tərəfindən ifa olunmuşdur. Mahnı 100-dən çox ölkədə ən populyar və ən sevimli mahnı adını qazanmış, 100 milyon tirajla yazılıb, satışa çıxarılmışdır.
Milli.Az azens.az-a istinadən bildirir ki, bu mahnını ifa etməklə məşhur "Bitlz" qrupu öz karyerasına başlamış və dünyanın şöhrətli müğənniləri olan Lui Armstronq, Frank Senatra, Elvis Presli və s. ifa etmişlər.
Mahnının bəstəkarı meksikalı Konsuela Velaskesdir. Konsuelanı körpəliyindən ana tərəfdən qohum olan İsaak və Mariya tərbiyə edib böyütmüşlər. Konsuela 4 yaşından pianoda ifa etməyə başlamış, sonra musiqi məktəbinə daxil olmuşdur. Dünya şöhrətli "Bésame mucho" mahnısını isə o, 15 yaşında olarkən bəstələmişdir. O, bəstələdiyi mahnını ilk dəfə anonim olaraq yerli radioda keçirilən "Gənc istedadlar" musiqi müsabiqəsinə göndərir. Mahnı müsabiqədə I yerə layiq görülür. I yer üçün ayrılmış mükafatı almaq üçün mahnının müəllifi radioya dəvət olunur. Konsuela müəllifliyini məxfi saxlamaq üçün öz yerinə radioya yaxın rəfiqəsini göndərir. Rəfiqəsi isə Konsuelanın bütün sirlərini radioda açıqlayır. Radionun direktoru gənc Mariano Rivera mahnını ilk dəfə eşitdikdən sonra, Konsuela ilə tanış olmaq üçün onun yanına yollanır. İlk tanışlıqdan Konsuelaya vurulan Mariano bir müddət sonra Konsuelaya evlənmək təklif edir və ilk görüşdən təxminən 3 il sonra ailə qururlar. Konsuela 2 oğlan övladı dünyaya gətirir və əri ilə 30 illik ailə həyatı yaşayır. O, ərindən daha çox ömür sürsə də, ömrünün axırınadək ərinə sadiq qalmışdır.
"Bésame mucho" mahnısı elə ilk səslənişdən sonra ABŞ-a və bir çox ölkələrə yayılmağa başlayır. ABŞ-da bu mahnını ilk dəfə Cimmi Dorsi ifa etmişdir. Frenk Senatraya bu mahnı daha da məşhurluq gətirib. Bésame mucho tərcümədə "məni bərk öp" deməkdir.
"Bésame mucho" mahnısı ABŞ-ı "fəth" etdikdən sonra Konsuella Hollivuda dəvət olunur. Ona milyonluq müqavilələr təklif edilir. Sadəlövh və çox gənc olan Konsuella bütün bu müqavilələrdən imtina edərək, Holluvuddan bircə şey xahiş edir: - "onu Uolt Disneylə görüşdürsünlər". Onun xahişi dərhal yerinə yetirilir. Uot Disney Konsuellanı öz studiyası ilə və orada görülən işlərlə yaxından tanış edır...
Konsuela ilə görüşlər zamanı ona hamı eyni sualla müraciət edirdi, - " bu mahnı kimə həsr edilib?". Konsuelanın isə cavabı həmişə eyni olurdu, - " bu mahnı heç kəsə həsr olunmayıb. Sadəcə, ülvi məhəbbət haqqında bir arzunun məhsuludur."... Amma gəzən söz-söhbətlərə görə, guya Konsuela bu mahnını o zamanlar məhşur olan və çox sevilən Qreqori Pekkə həsr edib. Konsuela bunu əvvələr inkar etsə də, sonralar etiraf etmişdir. Konsuela bir müddət ABŞ-da qaldıqdan sonra yenə də öz vətəninə - Meksikaya qayıdır...
Konsuela Velaskes (yeri gəlmişkən, o, məşhur ispan rəssamı Velaskes nəslindən olub) 2005-ci ildə dünyasını dəyişir. O, uzun bir həyat yaşayaraq, dünyanın bir çox ölkələrinə dəvət olunmuş, ömrünün çox hissəsini səfərlərdə keçirmişdır. Konsuelanı həmişə ibadətə gəldiyi kilsədə dəfn edirlər və onunla vidalaşma mərasimi Meksikanın mərkəzi İncəsənət Sarayında olmuşdur...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
XƏBƏR LENTİ
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"





