Maraqlı

"Samsung"un paltaryuyan maşınları da partlayırmış

29 Sentyabr 2016 21:28
2 Şərh     Baxış: 2 295
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın təlabat malları üzrə komisiyası "Samsung" paltaryuyan maşınların partlaması barədə məlumatı araşdırır.

Komisiya hazırda bu Cənubi Koreya şirkətilə birgə iş aparır.

Komisiyanın məlumatına görə, şirkətin bəzi modelləri yataq üzləri və ya digər böyük həcmli şeyləri yuyarkən təhlükə doğurur.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, ABŞ-ın Texas, Corcia və İndiana ştatlarından olan istifadəçilər bu cür hallarla üzləşdiklərini deyirlər.

McAllen adlı texaslı qadın deyir ki, partlayış o qədər güclü olub ki, qarajın divarını dağıdıb.

Dallaslı qadınsa deyir ki, partlayış elə güclü idi ki, elə bil momba partladı.

Komisiya insidentdən qaçmaq üçün istifadəçilərə böyük həcmli yataq dəstlərini zəif rejimdə yumağı məsləhət görüb.

Qüsur 2011-2016-cı illərdə buraxılan maşınlarda aşkar edilib.

Amma komisiya modellərin adını çəkmir.

Qeyd edək ki, Samsung şirkəti 2016-cı il sentyabrın əvvəllərində oxşar səbəbdən 2 milyon yarım Galaxy Note 7 telefonunun geri çağırıldığını açıqlayıb.

Söhbət, doldurularkən telefonun batareyasının qızaraq yanmasından gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.