Maraqlı

Ən varlı adam evini satır - FOTO

7 May 2015 11:27
0 Şərh     Baxış: 3 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Forbes jurnalının hazırladığı ənənəvi "Dünyanın ən zəngin adamları"nın builki versiyasında 2-ci yeri tutan, qeyri-rəsmi hesablamalara görəsə dünyanın ən varlı adamı olan meksikalı Karlos Slim Nyu-Yorkdakı evlərindən birini satır.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Sentral-Parkın yaxınlığında, 1009 Fifth Avenue-da yerləşən malikanənin ilkin satış qiyməti 80 milyon dollardır.
 

75 yaşlı multimilyarder Karlos Slim 5-mərtəbəli binanı 2010-cu ildə Bencamin Neyers və Sara Dyuk ailəsindən 44 milyon dollara satın almışdı.

1901-ci ildə tikilmiş "Duke House" adlı bu binanın yaşayış sahəsi 20 min kvadrat futdur.
 

77,1 milyard dollarlıq sərvətə malik Karlos Slim artıq 40 ildir ki, Mexikodakı malikanəsində yaşayır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.