Dünyanın ən qəribə sevgililəri: oğlan əvvəllər qız, qız da oğlan idi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bir-birimizi çox sevirik. Hətta həyatımızdan da çox. Ayrılıqda necə yaşaya biləcəyimizi ağlımıza belə, gətirmirik"
17 yaşlı amerikalı Eyrin Endryus sevgilisi Keti Hilli dəlicəsinə sevdiyini deyir. İlk baxışdan normal durumdur: iki gənc bir-birini sevir. Di gəl, bu gənclər dünyanın ən qəribə sevgililəridir.
Çünki oğlan əvvəllər qız, qız da oğlan idi.
Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Oklahoma ştatındakı Talsa şəhərində yaşayan Eyrin Endryus və Keti Hill az sonra evlənəcəklərini, ailə quracaqlarını deyirlər.
Toyda da təbii, Eyrin təzə bəy, Keti isə gəlin olacaq.
Halbuki Ayrin əvvəllər Emerald adlı qız, Keti isə Lyuk adlı oğlan idi.
Onların ikisi də cinsiyyətin dəyişdirilməsi ilə bağlı əməliyyatlara məruz qalıblar.
Bu minvalla iki il əvvələdək qız olmuş Emerald cinsini dəyişərək oğlana, oğlan olmuş Lyuk isə Keti adlı qıza çevrilib.
19 yaşlı Keti ilə 17 yaşlı Eyrin Talsa şəhərinin yaxınlığındakı Oulaq gölünün sahilində jurnalistlərin suallarını cavablayıblar.
Universitet tələbəsi Ketinin sözlərinə görə, onun cinsdəyişdirmə əməliyyatı 35 min dollara başa gəlib: "Əməliyyatın xərclərini mənə yardım edən anonim sponsor ödədi".
Eyrin isə hələ məktəbdə oxuyur. O, yeni "kişi vücudu" ilə qürurlandığını söyləyib.
"Qadın bədənimə nifrət edirdim. İndi isə rahat gəzirəm və özümü əla hiss edirəm. Zalda məşq edəndə də artıq utanmıram, çünki hamı məni hələ ki arıq oğlan sayır və əvvəllər qız olduğumu bilmir", - Ayrin Endryus deyib.
Gənclərin dediklərinə görə, onların qərarlarını ailələri də dəstəkləyib.
Eyrinin anası Deniz Endryus deyir: "Oğlum uşaqlıq yaşlarından qız kimi davranırdı. Görünür, indi Keti olmaq onun üçün daha yaxşı, daha rahatdır. İstənilən halda bu, onun həyatıdır və mən də oğlumun seçimi ilə razılaşmaq məcburiyyətindəyəm".
Milli.Az
Xəbərin mənbəyi: He used to be a she, and she used to be a he. Now transgender teenage lovebirds are in love after they BOTH had gender reassignment surgery














Fotolar: The Daily Mail
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı aparıcının ailəsində xeyir iş - məşhurlar axın etdi - VİDEO
-
Nərimanovda “Opel” yandı, “Mercedes”ə də ziyan dəydi - VİDEO
-
Beşamel souslu qulançar və kök sote resepti
-
Erkan Petekkaya yeni serialda
-
Yumurtaların saxlanmasında ən çox edilən SƏHV
-
60 yaşdan sonra qadını NƏ QOCALDIR? - Bunlar yaşınızın üstə 10 il gətirir
XƏBƏR LENTİ
-
Azərbaycanlı aparıcının ailəsində xeyir iş - məşhurlar axın etdi - VİDEO
-
Eyfel qülləsinin orijinal pilləkəni hərraca çıxarılır: qiymət açıqlandı
-
Məşhur aktrisa qızı ilə bacı kimi görünür
-
Zakaria Savo “Qarabağ”a neçəyə başa gəldi? - Transferin detalları
-
Nərimanovda “Opel” yandı, “Mercedes”ə də ziyan dəydi - VİDEO
-
Əlverişsiz hava ilə bağlı daha bir xəbərdarlıq
-
"Karvan-Yevlax" səfərdə "İmişli" ilə heç-heçə edib
-
Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri
-
21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - TƏFƏRRÜAT - FOTO
-
"Qarabağ"dan növbəti transfer - Rəsmi
-
Bu ölkə ordusunu "Azərbaycan modeli" ilə qurur
-
PSJ-nin iki ulduz futbolçusu finalda oynamaya bilər
-
Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Bu tarixlərdə Bakıya leysan YAĞACAQ
-
Maşın tibb mərkəzinə çırpıldı
-
Bu yolda bərpa işlərinə başlanıldı
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO
-
Makron Lukaşenkoya zəng etdi
-
Hava kəskin dəyişir - Güclü külək XƏBƏRDARLIĞI
-
Türkiyədə ağır QƏZA - 45 nəfər xəsarət aldı
-
Ana və körpə üçün vacib qidalar açıqlandı
-
İmtahan cavablarını buradan yoxlaya biləcəksiniz
-
Putin Qazaxıstana gedir





