Elm dünyasını təəccübləndirən kəşf: Quşlar yollarını qaraciyərləri ilə tapırmış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Buludlu havalarda və zülmət qaranlıqda köçəri quşların hədəflərini necə qüsursuz şəkildə müəyyən etdiyi nəhayət ki, laboratoriya şəraitində sübuta yetirilib. Alimlər qaraciyərdəki xüsusi hüceyrələrin beyinə istiqamət barədə məlumat ötürdüyünü aşkar edərək, təbiətin ən böyük sirlərindən birinin pərdəsini aralayıblar.
Milli.Az xəbər verir ki, köçəri quşların və poçt göyərçinlərinin fırtınalı və qapalı havalarda belə yollarını itirməməsi uzun illərdir elm dünyasını düşündürürdü. Bu canlıların Yer kürəsinin maqnit sahəsini hiss etdiyi bilinsə də, bu qabiliyyətin mənbəyi tam olaraq məlum deyildi.
Nüfuzlu "Science" elmi jurnalında dərc olunan yeni araşdırma bu sirrə işıq salıb. Bonn Universiteti və Bonn Universitet Xəstəxanasının mütəxəssisləri tərəfindən aparılan tədqiqat zamanı məlum olub ki, poçt göyərçinlərinin qaraciyərində yerləşən və dəmir tərkibi zəngin olan immun hüceyrələri kompas rolunu oynayır və istiqamət məlumatlarını birbaşa beyinə ötürür.
Köhnə fərziyyələr niyə alt-üst oldu?
Bu kəşfə qədər quşların naviqasiya qabiliyyəti ilə bağlı 3 əsas fərziyyə mövcud idi:
Dimdiyin üst hissəsindəki maqnit hissəciklər,
Hüceyrələrdəki ion kanalları,
Gözün torlu qişasındakı piksellərin işıqla qarşılıqlı təsiri.
Lakin bu fərziyyələrin heç biri quşların zifiri qaranlıqda və ya buludlu havalarda yollarını necə tapdığını tam izah edə bilmirdi. Yeni kəşf isə bu boşluğu doldurur. Tədqiqatçı Kliya Lisovski bildirir ki, bədəndəki köhnəlmiş qırmızı qan hüceyrələrini parçalayan qaraciyər və dalaq yüksək miqdarda dəmir saxlayır və bu səbəbdən təbii maqnit xüsusiyyətinə malikdir. Laboratoriya testləri də ən sıx dəmir toplanmasının və maqnit reaksiyasının məhz qaraciyərdə olduğunu təsdiqləyib.
34 göyərçinlə aparılan maraqlı təcrübə
Elm insanları bu tapıntını dəqiqləşdirmək üçün 34 poçt göyərçini ilə 19 kilometrlik marşrutda sınaq keçiriblər:
Quşların bir qrupunun qaraciyərindəki dəmir tərkibli immun hüceyrələri müvəqqəti olaraq fəaliyyətsizləşdirilib, digər qrupa isə toxunulmayıb.
Hava qapalı olan zaman sərbəst buraxılan quşlardan təbii qrup dərhal yuvasına çatıb. Qaraciyər hüceyrələri bloklanan göyərçinlər isə istiqaməti itiriblər və yalnız ertəsi gün hava günəşli olduqda yollarını tapa biliblər.
Günəşli havada keçirilən sınaqlarda isə hər iki qrup günəş şüalarından istifadə edərək hədəfə rahatlıqla çatıb.
Bu sınaq sübut edir ki, göy üzü qapalı olduqda quşlar tamamilə qaraciyərlərindəki bu "daxili kompas" sisteminə güvənirlər.
Gələcək tədqiqatlar üçün yeni qapı:
Bu unikal kəşf yarasalar və köpək balıqları kimi digər canlıların da maqnit sahələrini necə hiss etdiyini anlamaq üçün yeni imkanlar yaradır. London Zoologiya Cəmiyyətindən Saymon Spiro və Oksford Universitetindən Hal Dreyksmit kimi mütəxəssislər hesab edirlər ki, quşlar tək bir sistemlə hərəkət etmirlər. Uzunmüddətli uçuşlarda qaraciyərdəki bu kompas əsas rolu oynayır, hədəfə yaxınlaşdıqda isə beyindəki digər mexanizmlər dövriyyəyə girir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu - (Video)
-
Abdullah Zubir 300-cü qolunu vurub
-
Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - (Video)
-
Ərdoğanın Peterə hədiyyə etdiyi həmin tapança - FOTO
-
Vüsalə efirdə göz yaşı tökdü - (Video)
-
Türkiyədə 22 yaşlı tələbə faciəvi şəkildə öldü - Qəzanın (Videosu)
XƏBƏR LENTİ
-
“Samsunspor”un keçmiş futbolçusu "Şəfa"da!
-
Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu - (Video)
-
Hava pisləşəcək: İntensiv yağış, sel keçəcək
-
Abdullah Zubir 300-cü qolunu vurub
-
Bakıda partlayışda yaralanan ər-arvad xəstəxanada öldülər
-
Azərbaycanda fəxri adlara görə təqaüd alanların sayı açıqlandı
-
“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olunur
-
Netanyahunun oğlu adını dəyişdi
-
Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - (Video)
-
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı yenilik
-
Mirzə Mirimli vəfat etdi
-
Bakıda 6 marşrutun hərəkət istiqaməti dəyişdirilib
-
FHN-dən əhaliyə müraciət
-
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
Ərdoğanın Peterə hədiyyə etdiyi həmin tapança - FOTO
-
Bayram Səfərovun bacısı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə baş direktor təyin olundu - (Foto)
-
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat etdi
-
Vüsalə efirdə göz yaşı tökdü - (Video)
-
Türkiyədə 22 yaşlı tələbə faciəvi şəkildə öldü - Qəzanın (Videosu)
-
Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
-
Mbappedən dünya çempionatında yeni rekord
-
TikTok-da ilmə-ilmə yaşadılan Azərbaycan xalçaçılığı
-
Aparıcı Mətanətdən efirdə maraqlı jest: Xalq artistinin bacısına bahalı üzüyünü hədiyyə etdi - (Video)





