Əvvəllər zibilə atılan çörək qırıntıları artıq yanacaq istehsal edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mətbəximizdə və süfrimizdə qalan xırda çörək qırıntılarını çox vaxt əhəmiyyətsiz hesab edib zibilə atırıq. Lakin məlum olub ki, milyardlarla evdən çıxan bu qırıntılar gələcəyin enerji mənbəyinə çevrilə bilər. Mütəxəssislər apardıqları araşdırmalarda sübut ediblər ki, çörək qırıntılarından əldə edilən enerji bəşəriyyətin qalıq yanacaqlardan (neft, qaz və s.) asılılığına son qoya bilər.
Milli.Az xəbər verir ki, "Nature Chemistry" jurnalında dərc olunan yeni araşdırma qida tullantılarını yüksək dəyərli kimyəvi məhsullara çevirən inqilabi bir üsulu üzə çıxarıb. Alimlər sadəcə tullantıları dəyərləndirməklə qalmır, həm də atmosferdəki karbon miqdarını azaldan "karbon-neqativ" prosesin qapılarını açırlar.
Kimya sənayesinin ürəyi hesab olunan hidrogenləşmə prosesi dərmandan tutmuş plastikə qədər demək olar ki, hər sahədə istifadə olunur. Lakin bu prosesdə tətbiq edilən hidrogen qazı təbiətə ağır bədəl ödədir: hər 1 kiloqram hidrogen istehsalı zamanı atmosferə təxminən 20 kiloqram karbon qazı buraxılır. Edinburq Universitetinin professoru Stiven Uolles və komandası bu ətraf mühit çirklənməsinə bioloji bir həll tapıblar. Həllin açarı isə təəccüblü bir yerdədir: "E. coli" bakteriyaları və bayat çörək qırıntıları.
Bakteriyalar və metalın əməkdaşlığı
Tədqiqatçılar bakteriyaların təbii bacarıqlarını müasir texnologiya ilə birləşdiriblər. Proses aşağıdakı ardıcıllıqla baş verir:
Tullantıdan qidaya: Mikrobial fermentlər çörək qırıntılarındakı mürəkkəb karbohidratları parçalayaraq qlükozaya çevirir.
Bakterial fabrik: "E. coli" bakteriyaları bu qlükoza ilə qidalanarkən oksigensiz mühitdə təbii olaraq hidrogen qazı ifraz edir.
Ağıllı katalizator: Hüceyrə membranına bağlanan palladium katalizatorları bakteriyanın istehsal etdiyi hidrogeni anında tutur və onu sənaye məhsullarına çevirir.
Laboratoriya şəraitində aparılan sınaqlarda 94% kimi yüksək səmərəlilik dərəcəsi əldə edilib ki, bu da elmi mühitdə möcüzəvi bir uğur kimi qiymətləndirilir.
Sadəcə ekoloji deyil, həm də inqilabi addım
Bu araşdırmanı digərlərindən fərqləndirən ən mühüm cəhət onun ətraf mühitə təsiridir. Ənənəvi üsullar atmosferi çirkləndirdiyi halda, çörək qırıntılarından istifadə edilən bu hibrid sistem qlobal istiləşmə potensialını 135% nisbətində azaldır. Yəni bu proses havaya karbon buraxmaq əvəzinə, mövcud karbon izini təmizləyir.
Nottingem Universitetinin biotexnoloqu Simone Morra prosesi belə xülasə edir: "Bu yanaşma parlaq və ilhamvericidir. Hüceyrənin öz karbon yollarından istifadə edərək istədiyimiz hər hansı bir maddəni istehsal edə bilmək kimya sənayesində inqilab yarada bilər".
Hədəf bütün qida tullantılarından istifadə etməkdir
Hazırda sistem sadə molekullar üzərində daha yaxşı işləsə də, professor Uolles və komandası hədəfləri böyüdürlər. Məqsəd bu üsulu sənaye miqyasına daşımaq və təkcə çörəyi deyil, hər növ qida tullantısını fabriklərdə təmiz enerjiyə çevirməkdir.
Əgər bu texnologiya geniş yayılsarsa, fabriklərin bacalarından tüstü əvəzinə su buxarının çıxdığı və enerji mənbəyinin şəhərlərin tullantılarından təmin edildiyi bir dünyaya oyanacağıq. Alimlər indi səmərəliliyi artırmaq və xərcləri aşağı salmaq üçün "bioloji mühəndislik" işlərini sürətləndiriblər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yaponların məşhur tualeti görənləri TƏCCÜBLƏNDİRİR - VİDEO
-
Rəhbər olmağa ən meyilli 4 bürc
-
Market rəflərindəki su spreyləri nəyə xidmət edir? Təravətli görünüşün pərdəarxası
-
Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər
-
Günün qoroskopu: Sadəcə addım atın və öz taleyinizin müəllifi olun
-
67 yaşlı xalq artisti efirə elə geyimdə çıxdı ki... – VİDEO
XƏBƏR LENTİ
-
Yaponların məşhur tualeti görənləri TƏCCÜBLƏNDİRİR - VİDEO
-
Rəhbər olmağa ən meyilli 4 bürc
-
Market rəflərindəki su spreyləri nəyə xidmət edir? Təravətli görünüşün pərdəarxası
-
Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər
-
Dağların altını 15 ildir qazırlar: Ölkələri yer altından bir-birinə bağlayacaqlar
-
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Günün qoroskopu: Sadəcə addım atın və öz taleyinizin müəllifi olun
-
Zelenski üçgünlük atəşkəsi təsdiqlədi
-
67 yaşlı xalq artisti efirə elə geyimdə çıxdı ki... – VİDEO
-
Əvvəllər zibilə atılan çörək qırıntıları artıq yanacaq istehsal edəcək
-
Qovurmanın sərt olmaması üçün nə etməli?
-
Hər evdə metrlərlə var: Gizli dinləmə edə bildiyi məlum oldu
-
Hazırlığa getmədən 300 bal topladı - FOTO
-
FIFA-dan geri addım: "Neftçi" ilə bağlı qadağa ləğv edildi
-
Tramp üç günlük atəşkəs elan olunduğunu açıqlayıb
-
“Sabah” 27 oyun sonra məğlub oldu
-
Arıqlayıb 48 kiloqram oldu - FOTO
-
Xalçadakı ləkələrdən qurtulmaq artıq çox asandır
-
B12 çatışmazlığı üçün ideal 5 QİDA - gecə
-
Halit xanımı ilə bağlı səssizliyini pozdu
-
İki mərkəzi küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA
-
Talıb Tale Xəzər dənizindəki ilanları çəkib paylaşdı - FOTO
-
Sabah 2 bürc üçün romantizm qapıları açılır





