Yeni münasibətlərin görünməyən problemi: Tanımadan vazkeçmək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu axşam görüşüm (date) var". Bir zamanlar daha çox serial replikası kimi səslənən bu cümlə, artıq gündəlik həyatın adi bir hissəsidir. Tanışlıq tətbiqləri, sosial media, təsadüfi qarşılaşmalar... İnsanlar tanış olur, yazışır, görüşür. Lakin bu təmasların çoxu münasibətə çevrilmədən sönür. Mesajlar bir müddət müntəzəm gəlsə də, ritm müəyyən nöqtədə dəyişir. "Danışaq, görüşək" deyilir, amma o görüş heç cür dəqiqləşmir. Məhz "yəqin ki, bitdi" dediyiniz anda telefonun ekranı yenidən işıqlanır və söhbət sanki heç kəsilməmiş kimi davam edir. Nə tamamilə var, nə də tamamilə yoxdur. Bu qeyri-müəyyənlik insanı ən həssas yerindən vurur.
Milli.Az xəbər verir ki, bu nöqtədə baş verənlərin yalnız bir "ünsiyyət problemi" deyil, zehnin qurduğu bir münasibət forması olduğunu anlamaq lazımdır. Çünki məsələ çox vaxt qarşı tərəfdən çox, bizim bu qeyri-müəyyənliklə necə bağ qurmağımızda düyünlənir.
Bu nizamsız axın içində insanın necə reaksiya verəcəyini bilməsi çətinləşir, çünki ortada net bir məlumat yoxdur. Zehnin ən çətin dözdüyü şey qeyri-müəyyənlikdir. Boşluq qalan yerdə zehn dayanmır, məna istehsal edir. Bu məna isə çox vaxt faktlardan deyil, ehtiyaclardan doğur. "Marağı azaldı", "Məni ehtiyatda saxlayır", "Bu tiplər onsuz da belədir" kimi cümlələr yalnız şərh deyil, həm də bir qorunma refleksidir.
Digər tərəfdən, insan yalnız mənfi ssenarilər qurmur; özünü rahatladacaq bəhanələr də tapır. "İşləri çoxdur", "Bəlkə çəkinir", "Münasibətə hələ hazır deyil" deyərək vəziyyəti mənalandırmağa çalışır. Ümid edir, sonra məyus olur. Bir müddət sonra bu döngüdən qorunmaq üçün "bundan bir şey çıxmaz" deyərək prosesi vaxtından əvvəl bitirir. İnsan çox vaxt inciməmək üçün ehtimalları hələ yaşanmadan qapadır.
Bir insanı tanımaq, tək-tək kadrlardan bir film qurmaq kimidir; görüntülər zamanla məna qazanır. Hətta bir psixoloq belə qarşısındakı şəxs haqqında fikir formalaşdırarkən ilk təəssüratla kifayətlənmir; davranışların davamlılığına baxır. Lakin gündəlik həyatda bu proses tərsinə dönüb. İnsanlar artıq əvvəlcə qərar verir, sonra məlumat toplayır. Bir görüş, bir neçə mesaj və zehin sürətli bir nəticə çıxarır. Zehin sürətli olanı seçir, çünki bu daha az enerji tələb edir. Amma sürətli olan çox vaxt əskik və yanıltıcıdır. İnsanlar artıq tanımadan qərar verir; tanımaq isə yalnız o qərarı təsdiqləmək üçün istifadə olunur.
Psixologiya terminlərinin gündəlik həyata sızması insanlara yeni bir "etiket" bazası təqdim etdi: "Manipulyativ", "toksik", "bağlanma problemi olan"... Bir şeyi adlandırmaq onu anlamış kimi hiss etdirir. Halbuki bu, çox vaxt anlamaq deyil, qeyri-müəyyənliyi aradan qaldırmaq yoludur. Birini kateqoriyaya yerləşdirmək onu anlamaqdan daha asandır. Amma etiketlədiyimiz şəxslə qurduğumuz münasibət dəyişir. Onu artıq dinləmirik, ona qarşı mövqe tuturuq. Bu etiketlər münasibəti izah etməkdən çox, onu erkən qapadır. Birini anlamaq zaman istəyir, amma ondan vazkeçmək bir kəlmə qədər qısa ola bilər.
İnsan zehni mənfi olana daha həssasdır. Bu, qədim bir sağ qalma refleksidir. Bu gün isə təhlükə münasibətlərin içində axtarılır. Zehin olanı deyil, ola biləcəyi izləyir. Bir mesajın gecikməsi, səs tonunun dəyişməsi gələcək fəlakətlərin işarəsi kimi oxunur. Buna görə də insan daxilindən gəldiyi kimi davranmaq əvəzinə özünü saxlayır. Yazmaq istəyir amma gözləyir, demək istəyir amma ölçüb-biçir. Beləliklə, münasibət yaşanmır, "idarə edilir".
İnsan bəzən qarşısındakını itirmir; ona həqiqətən yaxınlaşacaq qədər orada qala bilmir. "Onsuz da uzaqlaşacaq" deyə düşünən biri əvvəlcədən geri çəkilir. "Çox dəyər versəm, hörmətdən düşərəm" deyən biri duyğularını ölçülü təqdim edir. Sonra münasibət həqiqətən səthi qalır və bu, "əvvəldən bəlli idi" deyərək təsdiqlənir. Halbuki bu bir öncəgörmə deyil, insanın özünün yaratdığı nəticədir (özünüdoğrultma).
Münasibətlər bir təhlükəsizlik sisteminə çevriləndə insan özünü qorumağı öyrənir, amma yaxınlaşmağı unudur. Çünki yaxınlıq nəzarətlə deyil, risklə qurulur. Birini tanımaq onu "həll etmək" deyil, onunla bir az daha qala bilməkdir. Əsl məsələ tanımağa həqiqətən şans verməkdir. Lazım gələrsə bir az risk almaq, bir az qırılmaq... amma özünü yıpratmadan çıxa bilməkdir. Çünki hər ehtimal yalnız bir təhlükə deyil. Bəzən insan o ehtimalı gözə almadığı üçün birinin yanında həqiqətən xoşbəxt olma şansını da qaçırır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
1.2 milyard insan bu xəstəlikdən əziyyət çəkir
-
Hər ilin bir günü metroya paltarsız minirlər - VİDEO
-
Əri ilə tərəf müqabili olacaq
-
Bəqai: ABŞ və İran razılaşmaya yaxınlaşmayıb
-
Sılanın son halını görənlər inana bilmir: "Bu qadına nə olub?" - FOTO
-
İran XİN: Qətər heyəti Tehranda danışıqlar aparıb
-
“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub
-
Qubada asfalt çökdü - 3 kəndin yolu bağlandı - VİDEO
-
Günün qoroskopu: Maraqlı bir tanışlıq ehtimalı var
-
iPhone 18 Pro ilkin sifarişə çıxarıldı: “Od” qiymətinədir - FOTO
-
Vinisius Madridi vaxtından əvvəl tərk edir
-
Beren Saatın oxşarı: “Kıvanç Tatlıtuğ ilə...”
-
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
-
Premyer Liqa: Mövsümün ən yaxşı 10 transferi
-
Hüseynin yeni “Lamborghini”si - FOTO
-
Alatau şəhəri ticarət və logistika mərkəzidir - britaniyalı memar
-
Elvin Cəfərquliyev qalır, yoxsa gedir? - Qurban Qurbanov açıqladı
-
Alatau şəhərinin əhalisinin 2050-ci ilədək 1,87 milyon nəfərə çatacağı planlaşdırılır
-
"Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti
-
Azərbaycan incəsənətinə ağır itki - FOTO
-
ABŞ Milli Kəşfiyyatının rəhbəri ərinə görə istefa verir
-
Qaymaqlı quru əncir şirniyyatı resepti
-
Ülviyyə tarix yazdı
-
"Bizə olan hörmətsizlik qəbuledilməzdir" - Dambrauskas





