Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Journal of Child Psychology and Psychiatry" jurnalında dərc olunan yeni araşdırmaya görə, uşaqların yemək seçmə davranışı valideyn tərbiyəsindən daha çox genetik amillərlə bağlıdır.
Milli.Az xəbər verir ki, Böyük Britaniyada aparılan bu elmi tədqiqat uşaqlar arasında geniş yayılan bu vərdişin valideynlərin səhvi deyil, böyük ölçüdə genetik mirasın nəticəsi olduğunu üzə çıxarıb.
Tədqiqat çərçivəsində alimlər 16 aylıqdan 13 yaşadək olan 2400-dən çox biryumurta və ikiyumurta əkizlərinin qidalanma vərdişlərini araşdırıblar. Valideynlər uşaqların müxtəlif yaş dövrlərində (16 aylıq, 3, 5, 7 və 13 yaş) sorğuları cavablandırıblar.
Araşdırmanın statistik nəticələri:
16 aylıq uşaqlarda: Yemək seçmə davranışının 60%-i genetik amillərlə bağlıdır.
3-13 yaş aralığında: Bu nisbət 74%-ə qədər yüksəlir.
Yemək seçmə vərdişinin ən yüksək həddi 7 yaşda müşahidə olunur. Bu yaşdan sonra vərdişdə cüzi azalma baş verir.
Tədqiqata rəhbərlik edən London Universitet Kollecinin (UCL) əməkdaşı Zeynep Nas tapıntıları belə qiymətləndirib:
"Bu araşdırmadan çıxarılacaq əsas nəticə odur ki, yemək seçmə davranışı valideynlik tərzindən qaynaqlanan bir şey deyil. Bu, əslində aramızdakı genetik fərqliliklərdən irəli gəlir."
Lakin mütəxəssis vurğulayır ki, genetika hər şeyi həll etmir: "Genetika tale deyil." Yəni valideynlər özlərini çarəsiz hiss etməməlidirlər.
Araşdırmada yemək seçmə vərdişinə təsir edən digər mühüm amilin ətraf mühit olduğu qeyd edilir:
Kiçik yaşlı uşaqların birlikdə süfrəyə oturması və valideynlərinin nə yediyini görməsi onların davranışına müsbət təsir edir.
7-13 yaşlı uşaqların fərqli dostlar qazanması onların yeni dadları sınamasına rəvac verə bilər. Yeniyetməlik dövründə dostların təsiri ailənin təsirini üstələyir.
Lids Universitetinin professoru Alison Fildes valideynlərə səbirli olmağı tövsiyə edir: "Valideynlər övladlarını uşaqlıq və yeniyetməlik dövrü boyu müxtəlif qidalarla bəslənməyə təşviq etməlidirlər."
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
XƏBƏR LENTİ
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb





