Dünyanın ən zəngin 25 ailəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən zəngin ailəsi taleyin ironiyası ilə bazarda ən ucuz məhsulları sataraq pul qazanıb.
Milli.Az bildirir ki, "Bloomberg"in xəbərinə görə, ən çox çoxmillətli Walmart mağazalar şəbəkəsinin yaradılması ilə tanınan Uolton ailəsi rekord xalis sərvəti 432,4 milyard dollar olan planetin ən zəngin klanıdır.
Keçən ildən bəri sərvətlərinə 172,7 milyard dollar əlavə ediblər, buna qismən də Walmartın səhmlərinin bu il 80 faiz artması sayəsində nail olublar. Bu, onlara Əmirliyin kral ailəsini ötməyə və "Bloomberg"in illik reytinqində birinci yeri tutmağa imkan verib.
"Walmart"ın ilk mağazası 62 il əvvəl açılıb və o vaxtdan bəri o, gəlirinə görə dünyanın ən böyük pərakəndə satıcısına çevrilib. İndi, dünya üzrə 10,600 mağazası olan olan şəbəkə ildə təxminən 648 milyard dollar gəlir gətirir. Ancaq bu gün Walmart Uoltonların sərvətinin yalnız 70 faizinə cavabdehdir. Ailə üzvləri sərmayələrini idman, incəsənət və xeyriyyəçilik kimi digər maraq sahələrinə də genişləndiriblər.
"Bloomberg"in reytinqində daha sonra Yaxın Şərqdən olan bir neçə klan qərarlaşıb: Birləşmiş Ərəb Əmirliklərindən olan Əl Nəhayan ailəsi 323,9 milyard dollarla siyahıda ikincidir. Qətərli Al Tani ailəsi isə 172,9 milyard dollarla üçüncü yerdədir. Hər iki ailə dünya səhnəsində getdikcə əhəmiyyət kəsb edən, orada aşkar edilən neft ehtiyatları hesabına gücü artan ərazilərə nəzarət edir.
Onları təxminən 170,6 milyard dollara nəzarət edən Hermes ailəsi izləyir. İndi altıncı nəsildə olan ailə, hərracda yüz minlərlə dollara çatan çantaların satışına cavabdeh olan eyniadlı brendi ilə dəbdəbəli mallar sənayesində əsas oyunçudur. Dəbdəbəli mallar bazarının çox hissəsi son illərdə zəifləsə də, Hermes digər qrupların üzləşdiyi eniş tendensiyalarını dəf edərək hələ də güclüdür.
İlk beşliyi isə 148,5 milyard dollarla Kox ailəsi qapayır. Onların Çarlz və Devid Kox tərəfindən idarə olunan Kanzasda yerləşən konqlomeratının illik gəliri təxminən 125 milyard dollardır.
2024-cü ildə dünyanın ən zəngin ailələri
Uolton, 432,4 milyard dollar
Əl Nahayan, 323,9 milyard dollar
Əl Tani, 172,9 milyard dollar
Hermes, 170,6 milyard dollar
Kox, 148,5 milyard dollar
Əl Saud, 140 milyard dollar
Mars, 133,8 milyard dollar
Ambani, 99,6 milyard dollar
Verthaymer, 88 milyard dollar
Tomson, 87,1 milyard dollar
Conson (Fidelity Investments), 72,4 milyard dollar
Albreht, 60,2 milyard dollar
Pritzker, 59,4 milyard dollar
Cargill/MacMillan, 56 milyard dollar
Offer, 55,6 milyard dollar
Hoffman/Oeri, 53,8 milyard dollar
Hartono, 47 milyard dollar
Kvandt, 46 milyard dollar
Şirvanont, 44,1 milyard dollar
Dunkan, 43,8 milyard dollar.
Van Damm/De Spolberh/De Mevius, 43,7 milyard dollar
Behrinqer/fon Baumbah, 43 milyard dollar.
Mistri, 41,4 milyard dollar.
Nyuhaus, 38,8 milyard dollar.
Ferrero, 37,4 milyard dollar. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çox yaşamaq istəyirsinizsə it saxlayın
-
Kondisionerdən soyuqdəymə mifdir, yoxsa reallıq?
-
Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
XƏBƏR LENTİ
-
Çox yaşamaq istəyirsinizsə it saxlayın
-
"Atam məni qəbul etmədi, öləndə də danışmadı" - Nurəddin Mehdixanlı
-
Kondisionerdən soyuqdəymə mifdir, yoxsa reallıq?
-
Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi
-
Dueyn Conson tanınmaz halda - (Foto)
-
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
Telefonları folqaya bükməyə başladılar
-
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlandı
-
Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
Ərdoğanın geyimində diqqətçəkən məqam - (Foto)
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır
-
Halit Ergenç və Məryəm Üzərli Misirdə - (Foto)
-
Sabah Yasamal və Binəqədidə işıq olmayacaq





