Mobil nömrəni eSIM necə etmək olar? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda mobil rabitə istifadəçiləri üçün daha bir rahatlıq tətbiq olunub. Artıq konturla işləyən (hazır) nömrələrin də eSIM texnologiyasına keçirilməsi mümkündür.
Milli.Az xəbər verir ki, hazır nömrədən istifadə edən abunəçilər mobil operatorların (Azercell, Bakcell, Nar) rəsmi xidmət mərkəzlərinə yaxınlaşaraq eSIM-ə keçid edə bilərlər. Bunun üçün abunəçi şəxsiyyət vəsiqəsi ilə operatora müraciət etməli və eSIM profili üçün təqdim olunan QR kodu cihazına əlavə etməlidir.
eSIM texnologiyasından yalnız bu funksiyanı dəstəkləyən cihaz sahibləri yararlana bilər. Bu siyahıya iPhone XS və sonrası modellər, bəzi Samsung Galaxy (S20 və daha yeni), eləcə də Google Pixel cihazları daxildir və eSIM-ə keçid prosesi bir neçə dəqiqə ərzində tamamlanır və fiziki SIM kartdan istifadə zərurəti aradan qalxır. Xidmətin təqdimatı bəzi operatorlarda pulsuz, digərlərində isə simvolik ödənişlə həyata keçirilir.
Mütəxəssislər bildirirlər ki, eSIM texnologiyası həm gündəlik istifadədə rahatlıq yaradır, həm də səyahət zamanı xarici ölkələrin operator xidmətlərini əlavə SIM kart olmadan istifadə etməyə imkan verir.
Qeyd edək ki, eSIM-ə keçmək istəyən şəxsin istifadə etdiyi nömrə öz adına olmalıdır. Əks halda, nömrə sahibinin iştirakı və ya notarial etibarnamə tələb olunur.
Hazır nömrədən istifadə edənlər bu yenilikdən faydalanmaq üçün mobil operatorlarının rəsmi məlumat kanallarına və xidmət ofislərinə müraciət edə bilərlər.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
XƏBƏR LENTİ
-
Qışda nə bişirək? – Hər evdə olan ərzaqlarla 6 resept
-
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
-
Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
-
Parisdə komendant saatı elan olundu
-
Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
-
Kim Çen Inın öldüyü xəbəri yayılıb
-
Toral oynadı, komandası qalib gəldi
-
Ronaldu cərimə ödəyəcək
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)
-
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - (Foto)
-
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Çempionlar Liqasında asan oyun olmur” - Valdas Dambrauskas
-
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - (Foto)
-
"Eşref Rüya"nın aktrisası yeni serialda - (Foto)
-
"Borussiya" Azərbaycanla bağlı video paylaşdı
-
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək





