Maraqlı

Şirkət müdiri aktrisanı vurduğuna görə işdən qovuldu - FOTO

2 May 2025 13:00
Baxış: 1 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biskvit şirkətində rəhbər vəzifəsində işləyən şəxs mükafatlandırma mərasimində aktrisanın  arxasından vurduğuna görə işdən çıxarılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, "McVitie's"in rəhbər vəzifəli şəxsi Steve Jones Londonda keçirilən Beynəlxalq Təhlükəsizlik Mükafatları mərasimində səhnəyə çıxıb mükafatı qəbul edərn Gemma Oatenin zarafatla arxasından vurub. Həmin anlar qalmaqal doğurub, birmənalı qarşılanmayıb.

Hadisənin videosu yayıldıqdan sonra Jones şirkət tərəfindən "əxlaqa və mənəviyyata uyğun olmayan, düşünülməmiş addım" adlandırılaraq işdən azad edilib.

Jones aktrisanın narahat olmadığını, heç bir şikayət etmədiyini əsas gətirərək, qovulmasına etiraz edib və məhkəməyə müraciət edib.

Steve Jones iddia edib ki, "Emmerdale" serialında Rachel Breckle rolunu oynayan Gemma Oaten belə həmin axşamın ab-havasına uyğun olaraq bu hərəkəti normal qəbul edib və onun niyyəti heç kimi incitmək və ya təhqir etmək olmayıb.

Lakin Londondakı tribunal qərara gəlib ki, onun həmkarları bu davranışdan narahat olublar və Jones-un işdən çıxarılması ədalətli olub.

Yəni, məhkəmə sonda qərara gəlib ki, niyyətindən asılı olmayaraq, belə bir davranış iş yerində və ictimai tədbirdə qəbuledilməzdir və işdən çıxarılma qərarı qanunidir.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.