Bu adamın qaraciyəri solda, ürəyi sağdadır - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qaraciyəri solda, ürəyi sağda - Dünyada cəmi 30 nəfərdə rast gəlinən nadir xəstəliklə mübarizə!
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Situs inversus"la uğurlu əməliyyat tibb ədəbiyyatına düşüb.
Türkiyənin Dənizli şəhərində yaşayan 29 yaşlı Yiğithan Say daxili orqanlarının güzgü görüntüsündə - yəni tam tərs yerləşdiyi nadir anatomik quruluşa malik olsa da, uğurla mədəkiçiltmə əməliyyatı keçirib. "Situs inversus totalis" adlanan bu vəziyyət dünyada hər 100 min nəfərdən sadəcə birində müşahidə olunur. Yiğithan Say bu anatomik quruluşla bariatrik əməliyyat olan dünya üzrə yalnızca 30 nəfərdən biri olub.
Daxili orqanlarının tərs yerləşdiyini körpə ikən öyrəndiyini bildirən Say bunları deyib:
"29 ildir bu şəkildə həyatımı davam etdirirəm. Uşaqkən bu xəbəri aldığımda anlamamışdım, sonradan fərqinə vardım. Amma həyatımı digər insanlardan fərqsiz, heç bir məhdudiyyət olmadan sürdürürəm. Tək fərqim, orqanlarımın tərs yerləşməsidir. 'Situs inversus totalis' diaqnozu səbəbilə bir çox xəstəxana əməliyyatı həyata keçirməkdə tərəddüd etdi. Lakin cərrah İbrahim Ekiz öz təcrübəsi ilə mənə inam verdi və əməliyyat uğurla keçdi. Əməliyyatdan sonra heç bir ağrı və ya narahatlıq hiss etmədim. Özümü indi çox yaxşı hiss edirəm. Əməliyyatdan sonra bəslənmə vərdişlərim müvəqqəti olaraq dəyişdi. Maye pəhriz, keçid dövrü və bərk qidaya keçid kimi üç mərhələdən ibarət bəslənmə proqramı tətbiq etdim. Hazırda yavaş-yavaş əvvəlki bəslənmə vərdişlərimə dönürəm, amma əvvəlkindən daha az yeyirəm və doyma hissim normaldır".
Əməliyyatı uğurla həyata keçirən Cərrah Op. Dr. İbrahim Ekiz bildirib ki, "Situs inversus totalis" vəziyyəti cərrahi müdaxilələrdə, xüsusilə laparoskopik prosedurlarda ciddi çətinliklər yaradır:
"Yiğithan dünya üzrə hər 100 min nəfərdə bir rast gəlinən nadir bir vəziyyətə malikdir - yəni bütün orqanları güzgü kimi tam tərs yerləşmişdir. Obezite əməliyyatlarını tez-tez edirik, xəstəxanamızda gündə orta hesabla 6-7 belə əməliyyat həyata keçiririk. Amma bu, mənim bu anomaliya ilə ilk təcrübəm idi. Belə nadir anatomiyaya sahib şəxsdə obezite cərrahiyası çox fərqli yanaşma tələb edir. Hər bir addım öncədən iki dəfə planlanmalıdır. Amma doğru komanda və avadanlıqla bu cür xüsusi halları uğurla idarə etmək mümkündür".
Dr. Ekiz, "Situs inversus"lu pasiyentlərdə bariatrik cərrahiyyələrin dünya üzrə yalnız müəyyən ixtisaslaşmış mərkəzlərdə həyata keçirildiyini bildirib və Türkiyədə bu cür əməliyyatların azlığı səbəbilə bu hadisənin daha çox diqqət çəkdiyini vurğulayıb.
Hüseyn
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
XƏBƏR LENTİ
-
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salındı





