Maraqlı

Bu qəsəbədə işləyəcək həkimə yüksək məbləğdə maaş veriləcək - FOTO

30 Mart 2025 17:00
Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın ucqar qəsəbəsi olan Culia Krikdə illik 428 min dollar (təx. 728 min manat) qarşılığında işləməyə həkim axtarılır.

Milli.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu maaş Kvinslen əyalətinin paytaxtı Brisbendə bir həkimin maaşından iki dəfə çoxdur.

500 nəfər əhalisi olan qəsəbədə bir həkim var. O da işdən çıxmağa hazırlaşır. Ən yaxın böyük şəhərdən yeddi saatlıq məsafədə yerləşən qəsəbədə işləyəcək həkimin kirayə və avtomobil xərcləri də qarşılanacaq.

Qəsəbənin hazırkı həkimi Adam Lous deyib ki, övladlarının böyüməsi və bir sıra ailəvi problemlərlə əlaqədar ərazidən köçmək qərarına gəlib.

Amma həkim kənd yerlərinin sərt iqliminə - məsələn, həddindən artıq istilərə, tropik həşəratlara dözməyi bacarmalıdır. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.