10 ƏLAMƏT varsa, kişiniz sizə xəyanət edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kişinin sizə nə qədər sadiq olduğunu anlamağın ən yaxşı yolu - onunla səmimi danışmaqdır. Amma təəssüf ki, bu, həmişə mümkün olmur. Kişilərin davranışı stress, işdə çətinliklər və ya şəxsi narahatlıqlar səbəbilə dəyişə bilər. Bu səbəbdən tələsik nəticə çıxarmaq düzgün deyil. Əgər onun sədaqəti ilə bağlı şübhələriniz yaranıbsa, bu 10 mümkün əlamətə diqqət edin.
Milli.Az bu 10 əlaməti sizə təqdim edir:
1. Telefon "qadağan zonaya" çevrilib
Əvvəllər telefonunu nəzarətsiz qoyan partnyorunuz indi onu əlinə yapışdırıb hətta hamama belə aparırsa - bu, düşündürücü ola bilər. Yeni parol, bildirişlərin gizlədilməsi və texnologiyalara qarşı davranışdakı kəskin dəyişikliklər - narahatedici siqnallardır.
2. Qrafikdə qəfil dəyişikliklər
Tez-tez "işdə gecikdim", "birdən-birə ezamiyyət", "yeni dostlarla görüşlər" - bunların birdən-birə və tez-tez baş verməsi sadəcə təsadüf olmayacaq qədər şübhəli ola bilər.
3. Həddindən artıq qayğı və ya uzaqlaşma
Əgər o, birdən səbəbsiz yerə hədiyyələr verir, xoş sürprizlər edir (əvvəllər etmədiyi halda) və ya əksinə, soyuyub, əsəbi davranmağa başlayıbsa - bu, vicdan əzabı ilə bağlı ola bilər.
4. Xarici görünüşə həddindən artıq diqqət
Kəskin dəyişiklər - yeni geyimlər, idman zalına yazılmaq, yeni ətirlər - əgər bunlar sizin üçün yox, başqa birini təsirləndirmək üçünsə, diqqətəlayiqdir.
5. Emosional uzaqlaşma
Əvvəllər saatlarla danışırdınız, indi isə ünsiyyət sadəcə "necəsən?" tipli cümlələrlə məhdudlaşırsa, münasibətlərdə problemlər ola bilər. "Emosiyalarını paylaşmaq istəməmək və uzaq durmaq, çox vaxt gizli problemlərin əlamətidir," - deyə ekspert qeyd edir.
6. Sual verəndə gərginlik
Sadə bir "Bugün günün necə keçdi?" sualı əsəbilik, yayınan cavablar və ya qıcıq doğurursa - bu, gizlədiləcək nəsə olduğunun göstəricisi ola bilər. Çox müdafiəkar reaksiya və "mənə güvənmirsən?" tipli ittihamlar - şübhəli davranışlardır.
7. Maşında qəribə tapıntılar
Başqa ətir qoxusu, oturacaqda uzun saçlar, yad kosmetika və ya aksesuarlar - bir dəfə təsadüf ola bilər, amma bu hallar təkrarlanırsa, diqqətli olmaq lazımdır.
8. İntim həyatda dəyişikliklər
Əgər o, birdən yaxınlıqdan soyuyubsa və ya əksinə, əvvəllər təklif etmədiyi şeyləri irəli sürürsə - ola bilər ki, həyatında başqa biri var.
9. Sizə qarşı diqqətin itməsi
Əvvəllər sizinlə maraqlanan, komplimentlər verən biri birdən "yorğunam", "başım qarışıqdır" deyə sizi görməzliyə vurursa - bu da xəbərdarlıq siqnalıdır.
10. Daxili hissiniz (intuisiya)
İntuisiyanız sizə "nəsə düz getmir" deyirsə, çox zaman haqlıdır. Xüsusilə də başqa əlamətlər də varsa. "Əsas odur ki, problemi görməzdən gəlməyin və inciklikləri içinizdə saxlamayın. Səmimi söhbət vəziyyəti aydınlaşdırmağa kömək edəcək. Əgər şübhələriniz təsdiqini tapsa, gələcək barədə qərarı yalnız siz verə bilərsiniz". /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üç bürc çox yaxşı dəyişikliklərə hazır olsun
-
Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
-
İşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addım
-
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
XƏBƏR LENTİ
-
Üç bürc çox yaxşı dəyişikliklərə hazır olsun
-
Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
-
İşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addım
-
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)





