Azərbaycanda vəzifəli şəxslər Novruzu harada keçirəcək? - Özləri AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabahdan Azərbaycanda 12 günlük bayram tətili başlayır. Sadə vətəndaşlar kimi Azərbaycanın yüksək vəzifəli məmurları da istirahət edənlər siyahısında olacaq. Azərbaycanda yüksək çinli məmurların harada istirahət edəcəyi həmişə böyük maraq doğurur.
Manset.az saytı bu səbəbdən yüksək çinli məmurlarla əlaqə saxlayaraq, onların harada istirahət edəcəyi ilə bağlı maraqlanıb.
Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov Novruz bayramını ailəsi ilə birlikdə qeyd edəcəyini bildirib:
"Hələlik planımız yoxdur. Həmin günü işdə olmasaq, ailəmizlə bir yerdə Azərbaycanda qeyd edəcəyik".
Ağdan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov:
"Hal-hazırda Ağdamda quruculuq işləri aparılır. Bayramı da Ağdamda ailəmlə birlikdə qeyd edəcəm. Kişinin arvadı yanında olar".
Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov:
"Novruz bayramı bizim ən əziz bayramlarımızdan biridir. Ailəm ilə birlikdə qeyd edəcəm".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə bayramı Azərbaycanın ən gözəl guşələrindən olan Qaxda qeyd etməyi planlaşdırır.
"Bilirsiniz ki, mən Qax rayonundanam. Novruz bayramını da Qaxda qeyd edəcəm".
Bayramı regionlarımızda qeyd edən şəxslərdən biri də Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.
O bildirib ki, bayramı ərəfəsində rayonlarımızı gəzəcək:
"Novruz bayramını Azərbaycanın dilbər guşələrində keçirəcəm. Yəqin ki, Qəbələ, İsmayıllı, Şamaxıya, Şəkiyə gedəcəm".
Milli bayramımızı regionlarda keçirəcək şəxslər sırasında Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevdə var.
"Mən bayramı öz yurdumda-Balakəndə qeyd edəcəm. Balakən ən gözəl rayonlar sırasındadır. Balakəni qoyub heç yerə getmək olmaz".
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi general-polkovnik Arzu Rəhimov isə deyib ki, bayramı ailəsi ilə birlikdə qeyd edəcək:
"Mən heç bir bayramı ailəmdən uzaqda olmuram. Çalışıram ailəmlə birlikdə qeyd edim".
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin dini rəhbəri Sabir Həsənli isə bayramı Heydər məscidində qeyd edəcək.
"Evdə ailəm ilə birlikdə qeyd edəcəm. Daha sonra işdə olacam. Burda da kollektiv ilə Novruz bayramını qeyd etməyə çalışacağıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
XƏBƏR LENTİ
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb





