Maraqlı

Şokolad və sevgi sizi daha uzun ömürlü edə bilər - 111 yaşlı qadının sirri

19 Mart 2025 05:05
Baxış: 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

111 yaşlı britaniyalı Hilda Lak uzunömürlülüyünün sirrini açıqlayıb.

Milli.Az xəbər verir ki, o, bunu şokolada olan sevgisi ilə izah edib.

Hilda Lak 1914-cü ildə Kent qraflığında anadan olub. Birinci Dünya müharibəsi başladıqdan sonra Lak ailəsi Şotlandiyaya köçüb, burada atası gəmi tərsanəsində işləyib. İkinci Dünya müharibəsi zamanı Hilda Çatem şəhərindəki gəmi tərsanəsində qaynaqçı kimi çalışıb. Orada o, gələcək həyat yoldaşı ilə tanış olub. Onlar Reynhem şəhərinə köçüblər və iki oğul böyüdüblər. Hazırda Lak həyat yoldaşı ilə yaşayır. Yaşına baxmayaraq, qadın tamamilə müstəqildir. Hilda uzunömürlülüyünün səbəbləri kimi şokolada və sevgi romanlarını oxumağa olan marağını göstərib. Bundan əlavə, uzunömürlü qadın heç vaxt siqaret çəkməyib və spirtli içki qəbul etməyib. Lak Böyük Britaniyanın ən yaşlı sakinlərinin reytinqində altıncı yerdədir. Birinci yeri 2024-cü ilin avqustunda 115 yaşı tamam olan Etel Mey Keyterem tutur.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.