Maraqlı

Timati “Starbucks” sayəsində quşu gözündən vura bilər - Daha da varlanır

27 Fevral 2025 11:50
Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Timati "Starbucks" sayəsində milyarder ola bilər.

Necə ?

Milli.Az xəbər verir ki, 2022-ci ilin iyul ayında Timati və restoran biznesmeni Anton Pinskiy "Starbucks"ın Rusiyadakı bütün aktivlərini cəmi 10 milyon dollara aldılar. Bu, elə bir dövr idi ki, dünyaca məşhur brendlər Rusiyadan kütləvi şəkildə çıxır, bizneslərini ya bağlayır, ya da simvolik qiymətə satırdılar. Çünki o vaxt hər kəs bu şirkətlərin gələcəyi barədə tərəddüd edirdi.

Amma Timati bu fürsəti qaçırmadı və hamının şübhə etdiyi bir vaxtda "Starbucks"ın bütün restoranlarını öz nəzarətinə götürdü. Çoxları düşünürdü ki, loqotipsiz, tanınmış brend adı olmadan bu kafe şəbəkəsi ayaqda qala bilməyəcək. Lakin zaman keçdi, vəziyyət dəyişdi Tramp ın Rusiyaya qarşı isti münasibətini nəzərə alaraq, indi "Starbucks" öz aktivlərini geri almaq istəyir - amma artıq 270 milyon dollara! Yəni Timati və onun tərəfdaşları cəmi iki il ərzində aktivlərin dəyərini 27 dəfə artırıblar. Əgər bu sövdələşmə baş tutsa, Timati milyarder olacaq.

Bu, bir daha göstərir ki, ən gəlirli biznes qərarları məhz hamının tərəddüd etdiyi, riskin yüksək göründüyü anlarda verilir. Əgər tarixə baxsaq, Facebook, Google, Disney və digər nəhənglər də ən uğurlu alqı-satqılarını məhz böhran dövrlərində ediblər. Çünki biznesdə uğur təkcə imkanları görmək deyil, həm də onları düzgün zamanda dəyərləndirməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.