Maraqlı

Nəyə görə Kruiz ilə səyahət etməliyik? - Akmaral Nurlanova detalları açıqladı - FOTO

13 Dekabr 2024 11:30
Baxış: 2 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səfər zamanı bir neçə ölkə və bir neçə şəhəri görə bilirsiniz, üstəlik "All-Inclusive" sistemi ilə. Avtomobil, qatar və ya təyyarə ilə müstəqil səyahətlər zamanı olduğu kimi, nöqtə A-dan nöqtə B-yə keçidlərə vaxt itirmirsiniz".

Bunu Milli.Az-a açıqlamasında Qazaxıstan vətəndaşı, Amerikan səyahət klubu olan "InCruises" şirkətinin icraçı direktoru, motivasiya spikeri, kouç Akmaral Nurlanova deyib.

Onun sözlərinə görə, kruizlərdə sakit istirahəti sevənlər üçün yoqa, rəqs və əl işləri üzrə master-klasslar təşkil olunur

"Müstəqil səyahətlərdə hər zaman eyni prosedurlar var: hava limanına çatmaq, gömrükdən keçmək, qeydiyyatdan keçmək, təyyarəni gözləmək, uçmaq, sonra yenə enib qeydiyyatdan keçmək, otelə çatmaq və çemodanları açmaq. Hər dəfə eyni proses təkrarlanır. Kruizlər isə tam fərqli işləyir. Bir dəfə gəmiyə minirsiniz, qeydiyyatdan keçirsiniz, çemodanları açırsınız və səyahətiniz başlayır. Məsələn, sizdə 10 günlük istirahət üçün vaxt var. Əgər bu müstəqil səyahətdirsə, onun 3-4 gününü yollarda keçirəcəksiniz. Kruizdə isə bu vaxtı qənaət edirsiniz. Gəmilər yalnız gecələr hərəkət edir. Gündüzlər limanlarda dayanır, siz isə yeni şəhərlərdə gəzmək, ekskursiyalardan həzz almaq və dincəlmək imkanı əldə edirsiniz. Gəmidə "All-Inclusive" sistemi mövcuddur, yəni qidalanma və əyləncələr qiymətə daxildir. 0-dan 18 yaşa qədər uşaqlar üçün xüsusi proqramlar təklif olunur: uşaq klubları, akvaparklar, attraksionlar. Böyüklər üçün maraqlı şoular, maskaradlar, diskotekalar və idman fəaliyyətləri mövcuddur. Sakit istirahəti sevənlər üçün yoqa, rəqs və əl işləri üzrə master-klasslar təşkil olunur".

Müsahibimiz Kruizin lüks rahatlıqla daim dəyişən məkanlarda aktiv istirahət olduğunu deyir.

"Kruiz-lüks rahatlıqla daim dəyişən məkanlarda aktiv istirahətdir. Məsələn, Fransada yatıb İtaliyada oyanırsınız. Hər gün yeni bir ölkə, yeni bir şəhər. Bu, yalnız vaxtınıza qənaət etmir, eyni zamanda istirahətinizi daha rəngarəng edir. Otellərdəki bir həftəlik monoton istirahətin əksinə, kruizdə hər gün sizə yeni kəşflər bəxş edir. Kruiz səyahəti ilə hava nəqliyyatı arasındakı fərq nədən ibarətdir desək bunu bir nümunə ilə aydınlaşdıra bilərik.

Siz təyyarə ilə səyahət etməyə qərar verdiniz. Əvvəlcə hər şey gözəl görünür, lakin proses çox vaxt aparır:

1. Əvvəlcə hava limanına gedirsiniz.
2. Daha sonra qeydiyyatdan keçirsiniz, yoxlamadan keçirsiniz, baqajı təhvil verirsiniz.
3. Uçuşunuzu gözləyirsiniz, bəzən bu, bir neçə saat çəkir.
4. Digər ölkəyə uçursunuz - 2-4 saat, bəzən daha uzun.
5. Enişdən sonra yenidən qeydiyyatdan keçirsiniz, baqajı gözləyirsiniz, gömrükdən keçirsiniz.
6. Otelə gedirsiniz, qeydiyyatdan keçirsiniz və əşyalarınızı açırsınız.

Bütün bunlar yalnız bir yeni məkanı görmək üçün edilir. İndi təsəvvür edin ki, başqa bir şəhərə və ya ölkəyə səfər etmək istəyirsiniz. Yenidən eyni proseslər: hazırlıqlar, uçuş, qeydiyyat, gözləmə. Çox vaxt hava limanında uçuşu gözləmək 8-9 saat çəkir. Nəticədə, yollarda və təşkilati məsələlərdə bir gün, hətta daha çox vaxt itirirsiniz. Kruizlə bunu müqayisə edin: siz yalnız bir dəfə qeydiyyatdan keçirsiniz və çemodanlarınızı açırsınız. Bundan sonra hər gün yeni bir şəhərdə, yeni bir ölkədə oyanırsınız. Bütün nəqliyyat prosesi gecələr baş verir, siz isə dincəlirsiniz. Gündüzləriniz isə tamamilə gəzinti, ekskursiya və istirahət üçün sərbəst olur", - deyə A.Nurlanova bildirib.

Motivasiya spikeri qeyd edib ki, kruizlərin bahalı olduğunu düşünənlər tamamilə yanılır. Kruizlər həm sərfəlidir, həm də vaxta qənaət baxımından tam uyğundur:

"Kruizlərdə siz qiymətli vaxtınıza böyük qənaət edirsiniz. Hamımız bilirik ki, bir illik işdən sonra tam istirahət üçün iki həftə vaxt ayırmaq nə qədər çətindir. Bir neçə ölkə və şəhər görmək istəyirsinizsə, kruiz - mükəmməl seçimdir. Avtobus, qatar və ya təyyarə ilə səyahətlərdə uçuşlara, gözləmələrə və keçidlərə çox vaxt sərf edildiyi halda, kruizdə vaxtınıza qənaət edirsiniz. Gəmi üzən bir şəhər və ya ticarət mərkəzi kimi, sizi bir yerdən digərinə aparır və bir səfər zamanı bir neçə unikal məkanı görməyə imkan yaradır. Məsələn, Fars körfəzində səyahət edərək Dubayda, Bəhreyndə və yalnız gəmi ilə gedilə bilən adalarda ola bilərsiniz. Çoxları düşünür ki, kruizlər bahalıdır, lakin bu belə deyil. Əksinə, kruizlər yalnız vaxtınıza qənaət etməklə qalmır, həm də səyahətçilər üçün sərfəli şərtlər təqdim edir. Statistikaya görə, kruiz səyahətini sınayan insanların 85%-i yenidən kruiz seçir və bunu əsas istirahət üsulu kimi görür. Bu, bir neçə ölkə və şəhəri bir səfərdə görməklə yanaşı, rahatlıq və komfortdan zövq alma fürsətidir".

Xəyal Abdullayev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.