Maraqlı

Soyadınızdakı hərflər təhsilinizə təsir edirmiş

18 İyun 2024 19:00
Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, şagirdlərin təkcə intellektual qabiliyyətlərinin səviyyəsi onların qiymətlərinə deyil, həm də müəllimin onların işlərini yoxlama ardıcıllığına təsir edir.

Belə ki, işləri siyahının sonunda yoxlanılan tələbələr, bir qayda olaraq, aları siyahının önündə olanlarla müqayisədə daha aşağı qiymət alırlar.

Milli.Az bildirir ki, lent.az-ın "Management Science" nəşrinə istinadən məlumatına görə, Miçiqan Universitetinin müəllimləri tərəfindən Canvas öyrənmə idarəetmə sistemində (LMS) təqdim edilmiş 31 milyondan çox qiymətləndirmə qeydləri təhlil edilib.

Məlum olub ki, işlər əlifba sırası ilə qiymətləndirildikdə soyadları A, B, C, D və ya E hərfi ilə başlayan tələbələr 100 ballıq sistemlə orta hesabla 0,3 bal yüksək nəticə göstəriblər. Soyadı başqa hərflərlə başlayan tələbələr 0,3 bal aşağı qiymət alıblar.

Bu fərq kiçik görünsə də, tələbələrin ümumi akademik göstəricilərinə və beləliklə də gələcək karyeralarına təsir edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.