Maraqlı

"Bu şəxslər işsiz qalacaqlar"

25 Mart 2023 13:36
Baxış: 1 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Jurnalistlər "ChatGPT" kimi süni intellekt vasitələrinin ortaya çıxması səbəbindən işsiz qala bilərlərlər".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Almaniyanın "Axel Springer" media qrupunun baş direktoru Matthias Dopfner deyib. Onun fikirlərini "The Guardian" dərc edib.

Dopfner hesab edir ki, süni intellekt jurnalistikanı əvvəlkindən daha yaxşı etməyə qadirdir. Onun fikrincə, ən yaxşı orijinal məzmunu yaradan naşirlər "süni intellekt inqilabından" sağ çıxacaqlar. Xüsusilə, "Axel Springer" media qrupunun özü araşdırma jurnalistikasına və orijinal şərhə diqqət yetirməyi planlaşdırır.

"Axel Springer", Almaniya, Fransa, İspaniya, Rusiya, İsveçrə, Macarıstan, Polşa, Çexiya və s. daxil olmaqla, 32-dən çox ölkədə 150-dən çox qəzet və jurnal nəşr edən Avropanın ən böyük nəşriyyat və media konsernilərindən biridir. Ən məşhur nəşrlər "Welt", "Bild", "Politico"dur.

"ChatGPT" noyabrın sonunda istifadəyə verilib və bir həftədən az müddətdə ilk milyon istifadəçisini toplayıb. İnsan söhbətini təqlid etməsi onun peşəkar yazıçıları əvəz edə biləcəyi və hətta "Google"un əsas axtarış biznesini təhdid edə biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.