Maraqlı

Arvaddan qorxan bürclər - İlk dördlük

28 Yanvar 2023 01:22
Baxış: 3 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər münasibət bərabərlik üzərində qurulmur. Çünki münasibətlərdə hər iki tərəf kompromisə getmirsə, bu münaqişənin başlaması ilə nəticələnir.

Bəzi bürclərin kişiləri bu səbəbdən həyat yoldaşlarının fikirlərinə daha çox əhəmiyyət verir, əksər hallarda onlarla razılaşırlar. Bu bəzən xanımından qorxmaq həddinə qədər gəlib çatır.

Milli.Az bizim.media-ya istinadən həyat yoldaşından qorxan kişilərin bürclərini araşdırıb.

Qoç

Doğrudur, qoçlar rəqabətcil və lider olmağa meyilli insanlardır. Lakin onlar əksər hallarda ailədaxili münaqişənin yaranmasındansa, həyat yoldaşlarının fikirləri ilə razılaşmağa üstünlük verirlər. Buna görə də onların dilindən tez-tez "bəli, əzizim, haqlısan" ifadələrini eşidə bilərik. Onlar bir çox məişət mövzularında yoldaşlarının tələblərinə ciddi şəkildə əməl edirlər. 

Buğa

Buğa bürcünün kişiləri həmişə həyat yoldaşlarının onları daha yaxşı biri üçün tərk edib-etməyəcəyini düşündükləri üçün daima dərin narahtlıq hissi keçirirlər. Tərk edilmək qorxusu buğaların həyat yoldaşının hər istək və ehtiyacını ödəyərək həddindən artıq komrpomisə getmələrinə səbəb olur. Bu, onları həmişə tərəfdaşlarını dinləyən itaətkar bir yoldaş edir.

Dolça

Dolçalar çox vaxt öz inanclarında olduqca şərti olurlar. Onlar inanırlar ki, həyat yoldaşları məişət məsələlərində əsas söz sahibi olmalıdır və ona görə də evlə bağlı bütün qərarları arvadlarına etibar edirlər. Beləliklə, ev işlərini görmək və ya həyat yoldaşlarına kömək etmək məsələsi meydana çıxdıqda, onlar tez-tez göstərişləri dinləyir, xanımının səlahiyyətli şəxs olduğunu qəbul edirlər. 

Tərəzi

Hava əlaməti olaraq Tərəzi mübahisələrdən çəkinmir, lakin xoşbəxt həyat yoldaşının xoşbəxt həyat demək olduğuna inanırlar. Onlar yalnız sülhü qorumaq üçün vacib hesab etdikləri şeylərdən imtina edərlər. Çünki onlar həyat yoldaşları ilə münasibətlərinə komanda yoldaşı prinsipi ilə yanaşırlar. Buna görə də tərəzi kişiləri ailədə həddən artıq kompromisə meyil göstərə bilirlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.