Maraqlı

"Bu, indiyə qədər etdiyimiz ən təhlükəli şeydir"

23 Dekabr 2022 21:06
Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

60 yaşlı amerikalı aktyor Tom Kruz kino karyerasının ən təhlükəli tryukundan danışıb.

Milli.Az bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.

Sənətçi bildirib ki, "Mümkün olmayan missiya: Ölümcül hesablaşma. 1-ci hissə" filmin çəkilişləri üçün o, hündürlükdən motosikletlə tullanacaq.

"Bu, indiyə qədər etdiyimiz ən təhlükəli şeydir. Norveçdə çəkəcəyik və bu, motosikletin uçurumdan tullanması olacaq", - aktyor deyib.

Kruzun tryuklar koordinatoru Ueyd İstvud, aktyorun təhlükəli hərəkəti yerinə yetirməzdən əvvəl bir il "əsas və təkmil hazırlıq" keçdiyini söyləyib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.