Maraqlı

Tom Kruz helikopterdən tullandı - VİDEO

20 Dekabr 2022 20:18
Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktyor Tom Kruz "Top Gun: Maverick" filminin pərəstişkarlarına videomüraciət yazıb.

Milli.Az bildirir ki, video Paramount Pictures-ın rəsmi YouTube səhifəsində yayımlanıb.

60 yaşlı sənətçi yeni "Mümkün olmayan Missiya" filmlərinin çəkiliş meydançasında uçan helikopterdə olarkən tamaşaçılara müraciət edib. "Mən bu ili kinoteatrlara gəldiyiniz və "Top Gun: Maverick"i dəstəklədiyiniz üçün hamınıza təşəkkür etmədən bitirmək istəmədim", - Kruz deyib.

"Mümkün olmayan missiya" rejissöru və "Top Gun"ın ssenaristi Kristofer Makkuorri aktyorla birlikdə helikopterdə olub və o, Kruza çəkilişlərə qayıtmağın vaxtının gəldiyini xatırladıb.

Aktyor razılaşıb və tullanmağa hazırlaşıb, lakin bundan əvvəl Makkuorridən ona qoşulub-qoşmayacağını soruşub. "Bu həyatda yox. Uğurlar olsun", - deyə rejissör bildirib.

Atlama zamanı Kruz fanatlara dəstəyə görə təşəkkür etməyə davam edib. "Sizi əyləndirməyimizə icazə verdiyiniz üçün təşəkkür edirik. Bu, həqiqətən də bizim üçün şərəfdir", - o, okeana düşməzdən əvvəl deyib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.