Maraqlı

Beren Saatın sözləri Kənanı ağlatdı - FOTO

2 Dekabr 2022 22:47
Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyat yoldaşına "İlin ikonu" mükafatını səhnədə təqdim edən Beren Saat öz sözləri ilə Kənan Doğulunu ağladıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, məşhurların qatıldığı mükafatlandırma mərasimində rəngarəng və emosional anlar yaşanıb.

Bu anlardan birinə 7 il əvvəl nikah masasına əyləşən Beren Saat və Kənan Doğulu imza atıb.

Tədbirdə "İlin ikonu"nuna layiq görülən Doğulu mükafatı həyat yoldaşı Beren Saatdan alıb. Tanınmış aktrisa emosional çıxışı ilə diqqət çəkib: "Məncə, ikon olmaq bir az da Kənanın ruhu ilə bağlıdır... Onun yazdığı mahnılar, yaratdığı ikonik səs, özündən sonra gələnlərə yol açan bir çox ideyaları haqqında artıq hər şeyi bilirsiniz.

Mənə elə gəlir, bəlkə də uşaqkən alıb oxuduğumuz jurnallardakı o günəş boyunbağını sinəmdə gəzdirərək bu günün manifestini elə o vaxt - uşaqlığımda yazmışam. Kənanla məni bir araya gətirən hər şeyə təşəkkür edirəm və bu mükafatı ildən-ilə daha da seksuallaşan ilin ikonuna təqdim etdiyimə görə çox xoşbəxtəm".

Kənan Doğulu həyat yoldaşının bu sözlərinə qarşı göz yaşlarını saxlaya bilməyib. Ağlayan Doğulu Saata "səni sevirəm" deyərək cavab verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.