Maraqlı

Jurnalistlər “CinemaPlus”da “Kendi Yolumda” türk komediyasını izləyiblər - FOTO

1 Dekabr 2022 17:08
Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"CinemaPlus"da media nümayəndələri "Kendi Yolumda" türk komediyasını izləyiblər

Bakı, 01 dekabr: "28 Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" premium kinoteatrında "Cinema Distribution" kompaniyasının dəstəyi ilə media nümayəndələri üçün "Kendi Yolumda" türk musiqili komediya filminin nümayişi baş tutub.

Filmin rejissoru: Ömer Faruk Sorak.
Baş rollarda: Gökhan Özoğuz, Gökçe Bahadır, Ferit Aktuğ.

Film haqqında qısa məlumat: Gökhan Özoğuz Adanada getdiyi təmir sexində ustanın şagirdi Ömər Əli ilə tanış olur. Ömər Əlinin ona dinlətdirdiyi mahnını bəyənir və ona bu işi atmamasını deyir. Zalım atası ilə işləyən gənc mexanik Gökhandan "Mənim kimi ailədə, mənim kimi təmirxanada doğulsaydın, Athena Gökhan olardın?" deyə soruşur. Gökhan bu sualdan təsirlənir və maşının təmirini gözləyərkən yuxuya gedir. Komediya və dram janrını birləşdirən film Gökhanın özünü Adananın çətin məhəllələrində böyüyən bir mexanikin şagirdi kimi gördüyü yuxu ilə davam edir.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.